main-post-cover

    Samsung yeni S Pen stilusunu təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    07.11.2023
    Emil Nəcəfov
         Samsung şirkəti özünün S Pen stilusunun yenilənmiş versiyası olan S Pen Creator Edition-u təqdim edib. Galaxy smartfonları və planşetləri ilə çalışmağa hədəflənmiş yeni stilus daha öncəki sitlusun əsas funksionallığını qoruyub saxlasa da, ondan konstruksiya özəlliklərinə görə fərqlənir. S Pen Creator Edition stilusunun daha öncəki modeldən əsas fərqi ondadır ki, yeni stilus daha qalın gövdəyə sahibdir.
         Bu isə ondan daha rahat şəkildə istifadəni təmin edir. Bununla yanaşı yeni stilus təkmilləşdirilmiş başlıq dizaynına sahibdir. Stilus yalnız ağ gövdə rəngində istehsal edilir. Onun gövdəsində isə proqram təminatı ilə qarşılıqlı əlaqədə olmaq üçün xüsusi düymə yerləşir. Stilusun gövdəsi həmçinin IPX4 standartı üzrə sudan qorunur və onu Galaxy Tab planşetlərinin arxa panellərinə bərkitmək mümkündür. S Pen Creator Edition 99$ qiymətində satışa çıxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung S49CG934 adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
    samsung-s49cg934-adli-yeni-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Samsung Galaxy S24 Ultra-nın yeni render fotosu məşhur insayder tərəfindən təqdim edilib
    samsung-galaxy-s24-ultra-nin-yeni-render-fotosu-meshur-insayder-terefinden-teqdim-edilib
    Samsung Galaxy S24 Ultra gövdə ətrafı titan çərçivəni əldə edəcək
    samsung-galaxy-s24-ultra-govde-etrafi-titan-ce
    Samsung yüksək dözümlülüyə sahib Galaxy Tab Active 5 planşeti üzərində çalışır
    samsung-yuksek-dozumluluye-sahib-galaxy-tab-active-5-planseti-uzerinde-calisir
    Samsung-un 47 ədəd cihazı Android 14 əsaslı OneUI 6.0-ı əldə edəcək
    samsung-un-47-eded-cihazi-android-14-esasli-oneui-60-i-elde-edecek