
Samsung yeni VR cihazı üzərində çalışır
Elm & Texnologiya
07.05.2017
Farid
Samsung şirkəti öz virtual reallıq cihazı olan Gear VR-ın
yeni versiyasını təqdim etməyə hazırlaşır. Məlumata əsasən o hal-hazırda
Hindistan-da test mərhələsini keçir. Logistika şirkəti olan Zauba-nın saytına VR cihazın test və qiymətləndirilməsi mərhələsinə keçdiyi haqqında məlumat yerləşdirilib.
Həmçinin məlumatda qeyd olunub ki, yeni cihaz 40 dollar dəyərində olacaq.
Samsung-un keçmiş VR cihazlarının qiymətlərinə nəzər salsaq görərik ki, yeni
cihazın qiyməti alış qiymətidir. Qeyd edək ki, Samsung öz VR cihazlarını Oculus
Rift şirkəti ilə birlikdə istehsal edir. İlk model Gear VR Samsung Galaxy Note
4 üçün hazırlanmışdır. Daha sonra cihazın Galaxy S6, S6 Edge, Galaxy S7, S7
Edge və Note 5 üçün versiyaları da satışa çıxmışdır. Çox güman ki, yeni Gear VR
xüsusi olaraq avqustda satışa çıxacaq Samsung Galaxy Note 7 üçün hazırlanır. Bir
sıra sızdırılmış məlumatlara əsasən Galaxy Note 7 gözün qüzehli qişası skanı
funksiyasına, 6 GB-lıq RAM-a və USB Type-C girişinə sahib olacaq.
Paylaş
Bənzər xəbərlər