Samsung yenilənmələri kimi özünü qələmə verən zərərli tətbiq 10 milyon dəfə yüklənilib

Samsung yenilənmələri kimi özünü qələmə verən zərərli tətbiq 10 milyon dəfə yüklənilib

Texnologiya
08.07.2019 PAYLAŞIM

    CSIS Security Group şirkətinin mütəxəssisləri Google Play Store-da təhlükəli tətbiq aşkar ediblər. Bu tətbiq artıq 10 milyon dəfə yüklənilib. Bu barədə The Independent saytına istinadən Gagadget saytı xəbər verib. Sözügedən tətbiq Updates for Samsung - Android Update Versions adlanır. Həmin tətbiq vasitəsilə Samsung smartfonlarının istifadəçilərinə əməliyyat sistemi yenilənməsinin rəsmi çıxış tarixini gözləmədən onu yükləmək təklif olunurdu.

    Bu tətbiqi pulsuz şəkildə yükləmək olar. Lakin tətbiqi yükləyib ona daxil olandan sonra istifadəçi xüsusi sayta yönləndirilir. Həmin saytda isə ona əməliyyat sistemi yenilənmələrinin təqdim olunması üzrə illik abunənin alınması təklif olunur. İllik abunənin qiyməti 34.99$ təşkil edir. Saytın təklif etdiyi xidmətlər arasında smartfonu istifadəçinin istifadə etdiyi mobil operatordan ayırmaq da var. Bu xidmətin qiyməti isə 19.99$ təşkil edir. Təbii ki, istifadəçi qeyd olunmuş vəsaiti ödəyəndən sonra heç bir xidmət göstərilmir.

    Söz verilmiş əməliyyat sistemi yenilənməsi təqdim olunmur, mobil operator isə olduğu kimi qalır. Ödəniş prosesi isə həmin saytdan reallaşdırılır. Bu isə Google Play qaydalarına ziddir. Nəticədə ödənilmiş vəsaiti geri qaytarmaq olmur, istifadəçinin ödəniş məlumatları isə hackerlərin əllərinə keçir. Bu cür dələduzluqlara düşməmək üçün istifadəçilərə yalnız smartfonun ayarları vasitəsilə əməliyyat sistemi yenilənmələrini yükləmək məsləhət görülür.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Mazda şirkəti MX-30 adlı ilk elektromobilini təqdim etdi (VİDEO)

Tokioda keçirilmiş avtomobil sərgisi çərçivəsində Mazda şirkəti özünün ilk elektromobil modelini təq..


Huawei şirkəti qatlana bilən Mate X'in satış tarixini və qiymətini elan etdi..

Huawei şirkəti öz ilk qatlana bilən smartfon modeli Mate X-i hələ bu ilin fevral ayında təqdim etmiş..


Huawei şirkəti Google servislərinin alternativlərinin axtarışındadır

ABŞ hökuməti tərəfindən təyin edilmiş sanksiyalar səbəbilə Huawei Mate 30 və Mate 30 Pro smartfon mo..


Samsung şirkətinin AR eynəyinin patent fotosu ortaya çıxdı

İnternetdə Samsung şirkətinin AR eynəyinin patenti ortaya çıxıb. Həmin patentdə şirkətin AR eynəyini..


NASA agentliyi Marsa ilk astronavtların nə zaman göndəriləcəyini elan etdi

Bir neçə gün bundan öncə NASA agentliyi Ay və Mars üçün nəzərdə tutulmuş yeni kosmik skafandr modell..


Redmi Note 8T'nin keyfiyyətli render fotoları təqdim olundu

Dünən biz xəbər vermişdik ki, təkzib edilmiş məlumatlara baxmayaraq Xiaomi şirkəti Redmi Note 8T sma..