main-post-cover

    Samsung yenilənmiş Galaxy Fold'u sərgilədi (VİDEO)

    Elm & Texnologiya
    05.09.2019
    Farid Pardashunas
        Samsung şirkəti özünün ilk qatlana bilən smartfon modeli olan Galaxy Fold-da ortaya çıxmış bütün problemləri aradan qaldırıb. Satışa çıxması səbəbilə şirkət yenilənmiş Galaxy Fold-un imkanlarını sərgiləyən reklam videosunu təqdim edib. Bu barədə Phonearena saytı xəbər verib. Təqdim olunmuş videoda artıq tamamlə yenilənmiş Galaxy Fold modeli əks olunub.
        Həmin yenilənmiş Galaxy Fold-da şarnir konstruksiyası təkmilləşdirilib. Bu isə öz növbəsində smartfon daxilinə kiçik toz hissəciklərinin daxil olmalarının qarşısını alır. Bununla yanaşı smartfonun ekranında olan qoruyucu örtük də smartfonun bir hissəsinə çevriib. Bu üsul ilə istifadçilər onu təsadüfən çıxarda bilməyəcəklər.
        Şirkət həmçinin smartfon sisteminin təkmilləşdirilməsi və tətbiqlərin yeni qatlanma formatına uyğun daha rahat optimizasiyası üzərində çalışıb. Qeyd etmək lazımdır ki, smartfon sabah Cənubi Koreyada satışa çıxacaq. 18 sentyabr tarixindən etibarən isə Galaxy Fold-u Fransa, Almaniya və Sinqapur bazarlarında almaq mümkün olacaq. Digər bazarlarda satışa çıxma tarixi barəsində məlumat daha sonra veriləcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər