Logo
    main-post-cover

    Samsung yenilənmiş Gear VR-ı təqdim edib

    Galaxy Note 7 smartfonunun təqdimatı çərçivəsində Samsung şirkəti Gear VR cihazının yenilənmiş versiyasını təqdim edib.

    Cihazın yeni versiyası böyüdülmüş linzaların sayəsində 96-101 dərəcə baxış bucağı xüsusiyyətinə, yenilənmiş idarəetmə touchpad-na və rahat korpusa sahibdir. Yenilənmiş Gear VR USB Type-C girişi vasitəsilə Galaxy Note 7 smartfonuna, Galaxy S7 Edge, Galaxy S7, Galaxy Note 5, Galaxy S6 Edge+, Galaxy S6 Edge və Galaxy S6 smartfonlarına isə micro-USB giriş vasitəsilə qoşula bilər. Cihaz akselerometr, hiroskop və yaxınlaşdırıcı sensorlar ilə təchiz olunub. Samsung Gear VR Galaxy Note 7 ilə birlikdə 19 avqust tarixində $99 qiymətinə satışa çıxacaq.

    Paylaş
    Bənzər xəbərlər