
"Samsung", Youtube-dakı Note 7 partlayan GTA 5 videolarını sildirdi
Elm & Texnologiya
07.05.2017
Farid
"Samsung”, Note 7 ilə bağlı yaşadığı
məyusluğu aradan qaldırmaq üçün əlindən gələni əsirgəmir. Şirkət hətta Galaxy Note 7 istifadəçilərinə ödəniş
edərək iPhone-a keçid etməklərinin qarşısını almaq istəyirdi.
Oktyabrda Note 7-ni partlayıcı kimi istifadə edən GTA 5 oyunu heç də "Samsung”un
xoşuna gəlməyib. Belə ki, oyun silah maqazinindən partladıcı əvəzi təklif olunan
Galaxy Note 7 almaqla başlayır. Daha sonra virtual oyun qəhrəmanı küçəyə
çıxaraq onu öz düşmənlərinə qarşı partladıcı kimi istifadə edir.
Təbii ki, bu zarafatı "Samsung" xoş qarşılaya bilməzdi. Ən azından bu hal şirkətin gələcək nüfuzu üçün xoşagəlməz
sayılır. "Samsung”un tələbindən sonra YouTube həmin oyununun Note 7-yə aid videosunu bloklayaraq, "Samsung
Electronics America-nın müəllif hüquqlarını pozduğu üçün artıq aktiv deyil”kimi ifadə yer alıb.
Paylaş
Bənzər xəbərlər