Samsung yüksək dözümlülüyə sahib Galaxy Tab Active 5 planşeti üzərində çalışır
Elm & Texnologiya
04.11.2023
Emil Nəcəfov
Samsung şirkəti yüksək dözümlülüyə sahib Galaxy Tab Active 4 planşetini keçən ilin sentyabr ayında təqdim etmişdi. İndi isə şirkət onun davamçısı üzərində çalışır. Söhbət, Galaxy Tab Active 5 planşetindən gedir. Sözügedən yeni planşetin dokumentasiyası ABŞ-ın Federal Rabitə Komissiyasının (FCC) məlumatlar bazasında ortaya çıxıb. Məlumatlar bazasında qeyd edilib ki, Galaxy Tab Active 5 planşeti iki model nömrəsinə sahibdir. SM-X300 və SM-X306B.
Birinci model nömrəsi planşetin yalnız Wi-Fi dəstəkli versiyasına, ikinci model nömrəsi isə planşetin həm Wi-Fi həm də 5G dəstəkli versiyasına aiddir. Gözləntilərə əsasən sözügedən planşet fərdi şəkildə çıxarıla bilən batareya ilə təchiz olunacaq. Beləliklə istifadəçilər özləri planşetin batareyasını əvəzləyə biləcəklər. Çox güman ki, Galaxy Tab Active 5 S Pen stilusunun dəstəyinə də sahib olacaq. Bu yeni planşetin nə zaman təqdim olunacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung-un 47 ədəd cihazı Android 14 əsaslı OneUI 6.0-ı əldə edəcək
Samsung-un 47 ədəd cihazı Android 14 əsaslı OneUI 6.0-ı əldə edəcək
Bir neçə gün bundan öncə Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysini əldə edəcək smartfonların siyahısını təqdim etdi.
Samsung Galaxy S24 smartfon seriyasının konkret təqdimat tarixi açıqlanıb
Samsung Galaxy S24 smartfon seriyasının konkret təqdimat tarixi açıqlanıb
Bir neçə gün bundan öncə Ice Universe ləqəbli məşhur insayder məlumat vermişdi ki, Samsung şirkəti Galaxy S24 smartfon seriyasını yanvar ayında təqdim edəcək.
Samsung öz ekzoskeletini təqdim etməyə hazırlaşır
Samsung öz ekzoskeletini təqdim etməyə hazırlaşır
Financial News saytının verdiyi məlumata əsasən Samsung şirkəti özünün ekzoskeletini satışa çıxartmağa hazırlaşır.
Samsung Galaxy S23 smartfon seriyası daha sürətli şarj texnologiyasının dəstəyini əldə edə bilər
Samsung Galaxy S23 smartfon seriyası daha sürətli şarj texnologiyasının dəstəyini əldə edə bilər
Bu ilin əvvəlində təqdim edilmiş Galaxy S23 seriyasına daxil olan Galaxy S23 Ultra smartfonu seriyanın digər smartfonları arasında ən yüksək sürətli şarj texnologiyasının dəstəyini əldə etdi.
Qualcomm CEO-su Galaxy S24 smartfon seriyasında Exynos prosessorunun istifadəsini təsdiqləyib
Qualcomm CEO-su Galaxy S24 smartfon seriyasında Exynos prosessorunun istifadəsini təsdiqləyib
Dünən 2023-cü ilin dördüncü rübü üzrə maliyyə nəticələrinin açıqlanması zamanı Qualcomm şirkətinin CEO-su Cristiano Amon bildirib ki, Samsung Galaxy S24 seriyasının smartfonlarında Snapdragon 8 Gen 3 prosessoru istifadə ediləcək
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!