
"Samsung"a bir zərbə daha:Bu dəfə Samsung Galaxy Note 2 alovlandı
Elm & Texnologiya
07.05.2017
Farid
Galaxy Note 7-nin partlaması artıq heç kimi təəccübləndirməsə də, bu dəfə problem Galaxy Note 2-də ortaya çıxdı
"Samsung"un başı bəladan əksik olmur. Son
zamanlar Galaxy Note 7-nin partlama xəbərləri şirkətin nüfuzuna yetərincə zərbə
vurmuşdu. Bu dəfə isə "Samsung"un digər bir modeli olan Galaxy Note 2-nin
partlaması haqda xəbərlər hər kəsin marağına səbəb olub. Belə ki, Hindistanın
Çennai bölgəsindən Sinqapura yola düşən təyyarənin yük hissəsində anidən Galaxy
Note 2 telefonu alov alıb. Xoşbəxtlikdən təyyarə işçiləri vəziyyəti tez nəzarət
altına alıb və təyyarə heç bir ziyan görmədən eniş edib.
Cihazın birdən alovlanma səbəbi hələki bəlli
deyil. "Samsung" şirkəti isə hadisə ilə bağlı açıqlama etməyə hazırlaşır. Bundan əlavə Hindistan Hava Yollarının bütün Galaxy Note modellərinə qadağa qoyması gözlənilir.
Paylaş
Bənzər xəbərlər