Logo
    main-post-cover

    "Samsung"un yeni biznesi nədir?

    "Samsung” mobil cihazlar bazarında rəqabət aparsa da, gələcəkdə digər biznes sahələrinə də keçid etməyi planlaşdırır. Belə ki, gələcəkdə başqa bir sektorda "Samsung” şirkətinin imzasını daşıyacaq məhsul və avadanlıqları görsəniz təəccüblənməyin. Şirkət gələcəkdə mobil cihazların daha irəli texnologiyalarla əvəz oluna bilmə ehtimalını nəzərə alaraq, bu sahə ilə yanaşı tam fərqli sahədə özünə yer qazanmağı qarşısına məqsəd qoyub. Şirkət texnoloji avadanlıqlar bazarında yetərincə özünü tanıtsa da, artıq öz dəyərini hər zaman qoruyan və getdikcə daha da inkişaf edən avtomobil sektoruna giriş etməyi düşünür. "Korea Times”ın verdiyi məlumata görə, şirkət artıq daha ənənəvi iş modelləri ilə yaxından maraqlanmağa başlayıb.
    Daha əvvəl elektrikli avtomobil istehsalı ilə məşğul olan "BYD” şirkətini alan "Samsung”, indi də avtomobil hissələri istehsal edən "Magneti Marelli” adlı şirkəti 3 milyard dollara almaq üçün danışıqlar aparır.
    Bu sahədə tanınan "Magneti Marelli”nin, "Samsung”a aid "BYD” şirkəti ilə birləşməsi və ortaq uğurlu işlərə imza atması gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər