
"Samsung"un yeni model qatlana bilən telefonları 2017-ci ildə təqdim oluna bilər
Elm & Texnologiya
07.05.2017
Orkhan
"Samsung”, Note ilə bağlı yaşadığı problemlərdən
sonra öz istifadəçilərini qatlana bilən telefonlarla təəccübləndirə bilər.
Bildiyiniz kimi Galaxy Note 7 xəbərlərindən sonra "Samsung” çox böyük itkilər
yaşadı. Belə olan halda isə "Samsung”un edəcəyi yenilik bir çox istifadəçiləri
sevindirə bilər.
Məşhur Hollandiya texnologiya saytı olan Galaxyclub.nl, "Samsung”un yeni patent
almaq üçün müraciət ünvanlandığını bildirib. Artıq uzun zamandan bəri "Samsung"un qatlana bilən telefon konsepti üzərində xəbərlər gəlməkdə idi və belə
güman olunur ki, patent müraciəti də məhz buna görədir.
Koreyalı xəbər saytı olan Korea Herald-ın, "Samsung”un yeni
konsept telefonları haqda xəbər paylaşması bu iddiaları təstiqləyir.
Paylaş
Bənzər xəbərlər