Saniyədə 16 terabayt həcmli məlumatların emalı: Meta şirkəti öz superkompüterini təqdim edib

Saniyədə 16 terabayt həcmli məlumatların emalı: Meta şirkəti öz superkompüterini təqdim edib

Texnologiya
26.01.2022 PAYLAŞIM

    Meta şirkəti AI Research SuperCluster (RSC) adlı superkompüteri yaratdığını elan edib. Bu, süni zəka tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş yeni superkompüterdir. Şirkətin sözlərinə əsasən sözügedən superkompüter yaxın zamanda dünyanın ən sürətli superkompüteri olacaq. Superkompüterin yaradılması üzrə layihəyə Meta şirkətinin infrastruktur və süni zəka üzrə komandaları rəhbərlik ediblər. Layihənin reallaşdırılmasında yüzlərlə mütəxəssis iştirak edib. Meta bildirib ki, hal hazırda onun mütəxəssisləri superkompüteri süni zəka modellərinin təlimatlandırılmasında istifadə edirlər. Təlimatlandırılma prosesi çərçivəsində süni zəka modellərinə təbii dil ilə computer vision emalı öyrədilir. Əsas məqsəd isə trilyonlarla parametrə sahib süni zəka modellərinin imkanlarının genişləndirilməsidir.


    Bunun üçün mütəxəssislər EB (ekzabayt) həcmində olan məlumatlar toplusundan istifadə edirlər. “Bizim metakainat üçün yaratdığımız təcrübə böyük hesablayıcı gücləri tələb edir. RSC isə trilyonlarla nümunə əsasında təlimatlandırıla və yüzlərlə dili başa düşə biləcək süni zəka modellərini yaratmaqda yardımçı olacaq” - deyə Mark Zuckerberg bildirib. Verilmiş məlumata əsasən hal hazırda Meta-nın superkompüteri 760 ədəd NVIDIA DGX A100 sistemindən ibarətdir. Bu sistemlər isə özlərində ümumilikdə 6080 ədəd NVIDIA A100 qrafik prosessoru birləşdirirlər. Bu cür göstəricilər sözügedən superkompüteri dünyanın ən sürətli superkompüterlər reytinqində 5-ci yerdə qərarlaşdırırlar.

    Meta bildirib ki, bu ilin yay fəslində superkompüter tamamilə hazır olandan sonra o özündə 16.000 ədəd NVIDIA A100 qrafik prosessorunu birləşdirəcək. Bu isə onu dünyanın ən sürətli superkompüteri edəcək. Məlumata əsasən o, saniyədə 16 TB (terabayt) həcmində məlumatları emal edə biləcək. Şirkət superkompüterin harda yerləşdiyi və onun yaradılmasına nə qədər vəsait xərcləndiyi barəsində məlumat verməyib. Məlumatda qeyd edilib ki, Meta şirkətinin superkompüteri tədqiqat məqsədlərində istifadə edilir və onun əsasında ola biləcək məhsullar çətin ki, yaxın illərdə təqdim edilsin. Şirkətin əsas məqsədi insan beyni kimi çalışa biləcək süni zəka modellərinin yaradılmasıdır. Bu cür süni zəka modelləri yüzlərlə dil ilə çalışa, mətnləri, təsvirləri, videoları analiz edə və artırılmış reallıq alətlərini yarada bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..


Volkswagen 25 000 avroya satılacaq elektromobilini təqdim edib

Volkswagen şirkəti ID. 2all adlı elektromobil konseptini sərgiləyib.


Google Glass Enterprise Edition adlı AR eynəyinin satışlarını dayandırıb

Google şirkəti Glass Enterprise Edition 2 adlı AR eynəyinin satışlarını dayandırdığını elan edib...

×