main-post-cover

    Saniyədə 30 Gbit sürətlə məlumat ötürülməsi: Wi-Fi 7 standartı barəsində yeni məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    02.03.2020
    Farid Pardashunas
        Keçən ilin ortasından Wi-Fi Alliance təşkilatının standartlaşdırma prosesindən keçəndən sonra smartfon, planşet və noutbuk istehsalçıları öz məhsullarına yeni Wi-Fi 6 adlı naqilsiz şəbəkə protokolunu inteqrasiya etməyə başladılar. Buna baxmayaraq artıq təkmilləşdirilmiş Wi-Fi 7 naqilsiz şəbəkə protokolu barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Yeni məlumat sızıntısında isə bu standartın gücü və onun nə zaman məhsullara inteqrasiya ediləcəyi barəsində məlumatlar əks olunublar.
        Bu barədə Cnbeta.com saytı xəbər verib. Wi-Fi 5 standartında məlumatların maksimal ötürülmə sürəti saniyədə 3 Gbit təşkil edir. Wi-Fi 6 standartında bu göstərici saniyədə 9.6 Gbit-ə çata bilər. Wi-Fi 7 standartı isə maksimal sürətin 3 dəfə yüksəlməsini təmin etməlidir. Belə ki, bu standartı dəstəkləyəcək cihazlar öz aralarında video ötürülməsini saniyədə 30 Gbit sürətlə reallaşdıra biləcəklər. Wi-Fi 7 standartının təqribi olaraq 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.
        Gözləntilərə əsasən yeni standart məlumatların yüksək sürətlə ötürülməsindən əlavə olaraq həmçinin yeni funksiyalar da əldə edəcək. Belə ki, güman olunur ki, sözügedən standart vasitəsilə insanın müəyyən göstəricilərini müşahidə etmək mümkün olacaq. Məsələn onun nəfəs alma tezliyinin və fiziki şəkildə yerləşdiyi yerin təyin olunması. Baxmayaraq ki, yeni standartın inteqrasiyasına hələ 4 il var, artıq Wi-Fi 7-nin konfidensiallıq və təhlükəsizlik məsələlərini öz üzərinə götürəcək mütəxəssislər qrupu yaradılıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər