Saniyədə 7.5 Gbit yüklənmə sürəti: Snapdragon X60 adlı yeni 5G modem təqdim edildi (VİDEO)

Saniyədə 7.5 Gbit yüklənmə sürəti: Snapdragon X60 adlı yeni 5G modem təqdim edildi (VİDEO)

Texnologiya
19.02.2020 PAYLAŞIM

    Qualcomm şirkəti üçüncü nəsil modem radiosistemi olan Snapdragon X60 5G Modem-RF System-i təqdim etdi. Qualcomm-un bu yeni çipi özündə həm modemi hə də antenləri birləşdirir. Snapdragon X60-da dünyada ilk dəfə 5 nanometrlik texnoloji proses əsasında hazırlanmış modem bloku reallaşdırılıb. Bununla yanaşı bu, dünyada ilk modemdir ki, bütün əsas 5G diapazonlarının və onların bütün kombinasiyalarının aqreqasiyasını dəstəkləyir. Bu barədə 4pda saytı xəbər verib. Snapdragon X60 modemi 5G-nin avtonom rejiminə keçidini sürətləndirmək üçün nəzərdə tutulub.

    Sözügedən modem bütün əsas tezlik diapazonlarını, rejimləri və onların kombinasiyalarını dəstəkləyir. Bura həmçinin mmWave, müddətli (time division duplex, TDD) və tezlikli (frequency division duplex, FDD) bölünmələrə sahib sub-6 və həmçinin səsin 5G NR şəbəkəsində (5G Voice-over-NR, VoNR) göndərilməsi daxildir. Yeni modem çipi 5G dəstəkli mobil cihazlarda məlumatların ötürülmə sürətini artırır. mmWave diapazonunda göstəricilərin maksimal dərəcədə yüksəlməsi üçün Snapdragon X60-da Qualcomm QTM535 mmWave adlı üçüncü nəsil anten modulu reallaşdırılıb.

    Sözügedən anten modulu daha kompakt şəkildə hazırlanıb. Bunun vasitəsilə smartfonların qalınlıqlarını bir qədər də azaltmaq olar. Snapdragon X60-da 5G FDD-FDD, TDD-TDD aqreqasiyalarından və spektrin dinamik bölünmsəindən başqa həmçinin dünyada ilk dəfə 5G FDD-TDD sub-6 aqreqasiyasının dəstəyi reallaşdırılıb. Bunun vasitəsilə mobil operatorlar 5G şəbəkəsinin müxtəlif şəkildə inteqrasiya edilməsini reallaşdıra bilərlər. Bura həmçinin 5G şəbəkəsi üçün LTE tezliklərinin istifadəsi də daxildir. Bu üsul ilə mobil operatorlar məlumatların ötürülmə sürətlərini yüksəldə və 5G şəbəkəsinin istifadə sahəsini genişləndirə bilərlər.

    Qualcomm-un verdiyi məlumata əsasən Snapdragon X60-nın 5G şəbəkəsində təqdim etdiyi naqilsiz internet öz sürəti və gecikmələri ilə fiberoptik internetin göstəriciləri ilə eynidir. Belə ki, yeni modem saniyədə 7.5 Gbit download sürətini və saniyədə 3 Gbit upload sürətini dəstəkləyir. Bununla belə tezliklərin aqreqasiyasız halından fərqli olaraq 5G-nin avtonom rejimində Sub-6 diapazonundakı tezliklərin aqreqasiyası zamanı məlumatların ötürülməsi sürətində 2 dəfə daha yüksək pik sürət göstəricisi əldə etmək olar. Beləliklə Qualcomm şirkəti Snapdragon X60-ın istehsalına bu ilin birinci rübündə başlamağı planlaşdırır. Həmin modemə sahib ilk smartfonlar isə gələn ilin əvvəlində təqdim olunacaqlar. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


LG şirkəti LG G seriyasını ləğv etməyi və unudulmuş digər smartfon seriyasını bə..

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, LG şirkətinin növbəti flaqman smartfon ..


OnePlus 8 smartfon seriyasının təqdimat tarixi rəsmi olaraq elan edildi (VİDEO)..

Çoxlu sayda olmuş məlumat sızıntısından sonra OnePlus şirkəti sonunda OnePlus 8 smartfon seriyasının..


'Azərkosmos' Tacikistanda keçirilən 'Məsafədən zondlama metodları ilə məhsulun p..

Bakı, 30 mart 2020  – “Azərkosmos” Tacikistanda Dünya Bankının qrant dəstəyi ilə “Kənd Təsərrüfatı S..


Honor 30S və Honor Play 9A smartfonları təqdim olundular - QİYMƏTİ

Huawei şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Honor Çində Honor 30S smartfon modelini tə..


Huawei şirkəti Google ilə əməkdaşlıq planlarından danışdı

Keçən il ABŞ hökuməti tərəfindən tətbiq edilmiş sanksiyalar səbəbilə Huawei şirkəti öz smartfon mode..


Samsung-dan 5000 mAh batareyalı Galaxy M11 smartfonu

Samsung şirkəti öz rəsmi saytında Galaxy M seriyasının yeni modeli olan Galaxy M11-i təqdim etdi. ..