main-post-cover

    Sanksiyalara baxmayaraq Huawei bu il rekord satışlar reallaşdıra bilər

    Elm & Texnologiya
    16.07.2019
    Farid Pardashunas
        ABŞ hökumətinin Huawei şirkətini qara siyahıya salmasından və ona qarşı məhdudlaşdırıcı sanksiyaları tətbiq edəndən sonra bir çoxları düşündülər ki, bu, Huawei şirkətinin sonu olacaq. Lakin indi ABŞ hökuməti ilə olan problem demək olar ki, həll olunub və nəticə etibarilə şirkətin illik göstəricisi heç də pis olmaya bilər. Belə ki, məşhur analitik Ming-Chi Kuo-nun proqnozlarına əsasən bu il Huawei smartfonlarının satışı rekord göstəricidə olacaq. Bu barədə Sina adlı sayta istinadən Gagadget saytı xəbər verib.
        Analitikin fikrincə bu il şirkət ümumilikdə 250 və ya 260 milyon smartfon sata biləcək. Lakin bu o halda baş verəcək ki, şirkət Google ilə əməkdaşlığı bərpa etsin və smartfonlar Google servisləri ilə istifadəçilərə təqdim olunsun. Lakin Ming-Chi Kuo-nun fikrincə şirkət artıq Android-dən istifadə lisenziyasını özünə bu ayın sonunda geri qaytaracaq. Lakin bunlar olmasa belə analitik 230 milyon smartfon satışını proqnozlaşdırır. Hər ehtimalda bu rekord göstəricidir.
        Qeyd etmək lazımdır ki, keçən il şirkət 200 milyondan bir qədər çox smartfon satmışdı. Sanksiyalar səbəbilə isə bir sıra analitiklər bildirmişdilər ki, şirkət bu il 50-60 milyon daha az smartfon satacaq. ABŞ-da qoyulmuş qadağalara baxmayaraq şirkətin Çin bazarındakı satışları heç gözlənilmədən yüksəlib. Bununla yanaşı şirkət beynəlxalq bazarda büdcəli smartfon modellərinin əvvəlki satış həcmlərini bərpa edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər