main-post-cover

    Sanksiyaların nəticələri ciddi olacaq: Çin Samsung'a, Intel'a və digər şirkətlərə xəbərdarlıq etdi

    Elm & Texnologiya
    10.06.2019
    Emil Nəcəfov
        Çin hökuməti ABŞ tərəfindən təyin edilmiş qadağalara riayətin edilməsinin ciddi nəticələrə gətirib çıxardacağı barəsində xarici şirkətlərə xəbərdarlıq edib. Bu barədə The New York Times saytına istinadən Gagadget saytı xəbər verib. Bir sıra məlumatlara əsasən keçən həftə Çin hökuməti bəzi şirkətlər ilə bağlı görüş keçirib. Həmin görüşdə Intel, Qualcomm, ARM Holdings PLC, SK Hynix, Microsoft, Samsung Electronics, Dell TechnologiesNokia Corp. şirkətləri iştirak ediblər.
        Həmin bağlı görüş çərçivəsində Çin hökumətinin təmsilçiləri ABŞ hökumətinin təyin etdiyi qadağalara əməl edilməsinin həmin şirkətlərə ciddi nəticələr yaradacağından danışıblar. Xarici şirkətlər ilə bağlı görüş məhz Çin hökumətinin də özünün qara siyahısını yaratması bəyanatından sonra təşkil olunub. Bu isə ABŞ prezidenti Donald Trump-ın administrasiyasının Huawei şirkətinə qoyduğu qadağaya cavabdır. Qeyd etmək lazımdır ki, may ayının ortasında Huawei şirkəti ABŞ hökuməti tərəfindən qara siyahıya salınaraq onun ABŞ bazarındakı fəaliyyətinə qadağa qoyulmuşdu.
        Həmin qərardan sonra Google, Intel, Qualcomm, Broadcom, ARM kimi şirkətlər Huawei ilə əməkdaşlıqlarını dayandırdılar. Lakin sonradan ABŞ hökuməti güzəştə gedərək Huawei şirkətinə 90 günlük lisenziya təqdim etdi. Həmin lisenziya çərçivəsində şirkət ABŞ bazarında fəaliyyətini davam etdirə bilər. 90 günlük lisenziyanın müddəti isə 19 avqust tarixində sona çatacaq. Bağlı görüşdə iştirak etmiş şirkətlərin özləri isə keçirilmiş həmin görüş barəsində fikir bildirməkdən imtina ediblər.
    Linki kopyala