
Sanpdragon 8 Gen 3-ün vacib özəlliyi barəsində məlumat sızdırılıb
Elm & Texnologiya
31.05.2023
Emil
Bir neçə gün bundan öncə ARM şirkəti Cortex-X4 və Cortex-A720 adlı yeni prosessor nüvələrini təqdim etdi. Təqdimat çərçivəsində şirkət tərəfindən sərgilənmiş fotolardan birində mövcud olmayan prosessor üçün nüvələrin paylanma sxemi əks olunub. İnsayderlərin verdikləri məlumata əsasən əks olunmuş sxem əslində mövcud olan prosessorda nüvələrin necə paylanacağına aiddir və söhbət, Snapdragon 8 Gen 3-dən gedir. Əks olunmuş sxemdə nüvələrin “1 + 3 + 4” klasteri üzrə paylandığını görmək olar.

ARM-in verdiyi məlumata əsasən bu cür şəkildə paylanmış nüvələrə sahib prosessor daha əvvəlki prosessorlardan 33% daha performanslı olacaq. Daha öncə ortaya çıxmış məlumat sızıntılarında qeyd edilmişdi ki, Qualcomm-un yeni prosessoru diqqət çəkəcək dərəcədə performans göstəricisi sərgiləyəcək və daha az enerji sərfiyyatına sahib olacaq. Bununla yanaşı prosessorun TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcəyi gözlənilir. Snapdragon 8 Gen 3 bu ilin noyabr ayında təqdim olunmalıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
