
Şanslı Note 5 istifadəçisi Android 6.0 yenilənməsini hamıdan qabaq aldı!
Elm & Texnologiya
08.05.2017
XDA developers forumunun məşhur istifadəçilərindən biri olan danon.brown'un başına çox nadir görünən bir hadisə gəlib. T-Mobile'dan aldığı Galaxy Note 5 yenilənməni yoxlayarkən bir müddət sonra görüb ki, Android 6.0 Marshmallow telefonuna yüklənib. Samsung və ya hər hansı bir operatorun Galaxy Note 5 üçün Android 6.0 yenilənməsini başlatmadığı dəqiqdi. Bunu forumda paylaşan istifadəçi digərlərinin də diqqətini cəlb etdi. Təbii ki, fürsətdən istifadə edən developerlər əməliyyat sisteminin kodlarını əldə etdilər.
T-Mobile Galaxy Note 5 üçün yayımlayacağı sistem hələki test prosesindədir. Yəni rəsmi olaraq verilməsi mümkün deyil. Belə vəziyyətin sistemdəki boşluqdan qaynaqlandığı vurğulanır.
Qısa zaman sonra Samsung ailəsinin flaqmanları yeniliyi alacaq. Galaxy Note 5 və Galaxy S6+ dekabr ayında, Galaxy S6 və Galaxy S6 Edge yanvar ayında, Galaxy Note 4 və Galaxy Note Edge isə fevral ayında yenilənməni alacaq. Aşağıda Note 5'in Android 6.0 versiyalı ekran şəkillərini görə bilərsiniz.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...