Satılmış 1 milyon Galaxy Fold məlumatı təkzib olundu
Elm & Texnologiya
14.12.2019
Emil Nəcəfov
Dünən xəbər verilmişdi ki, Samsung şirkəti artıq bütün dünya üzrə 1 milyon ədəd qatlana bilən Galaxy Fold smartfonu satıb. Lakin əslində satış göstəriciləri daha aşağıdır. Bu barədə Gagadget saytı xəbər verib. Məsələ burasındadır ki, 1 milyon satılmış Galaxy Fold bəyanatını Samsung Electronics-in prezidenti Young Shong, TechCrunch Disrupt Berlin tədbirində verib.
Həmin tədbir zamanı şirkət prezidenti növbəti cümləni demişdi: “2000$ qiyməti olan məhsuldan istifadə etmək istəyən 1 milyon insan var”. Lakin daha sonra Samsung şirkətinin təmsilçiləri jurnalistllərlə əlaqə yaradaraq satılmış 1 milyon Galaxy Fold məlumatını təkzib ediblər. Məlum olub ki, şirkət hələ 1 milyon ədəd Galaxy Fold modeli satmayıb.
Məlumatda qeyd edilib ki, çox güman ki, Young Shong şirkətin bu il üçün planlarını real satış göstəriciləri ilə səhv salıb. Buna baxmayaraq Galaxy Fold-un real satış göstəriciləri hələ məlum deyil. Daha öncədən analitiklər qeyd edirdilər ki, şirkət bu ilin sonuna kimi 400-500.000 Galaxy Fold sata bilər.
Linki kopyala
Həftənin xəbərləri
"Premium" dizayna malik uyğun qiymətli smartfon: HONOR X8b bizə nələri vəd edir?
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək