
Şaxta baba mağazada rəqs edə-edə MacBook oğurladı (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Şaxta baba paltarında olan naməlum şəxs, texnika mağazasından 12 inç ekranlı MacBook oğurladı.
Hadisə, Tbilisidəki texniki mağazalarından birində baş verib.
Mağazada olan təhlükəsizlik kameraları oğurluq hadisəsini anbaan qeydə alıblar. MacBook-un oğurlanması ilə bağlı istintaq aparılır. iPlus adlı mağaza, "Apple” məhsullarının
satışı ilə məşğul olur. Artıq rəhbərlik, MacBook-u oğurlamış şəxsi yaxalamağa
görə xüsusi mükafat elan edib. Belə ki, oğrunu yaxalamaqda kömək edəcək şəxsəiPhone modeli hədiyyə olunacaq. Oğurluq hadisəsi ilə bağlı video, sosial şəbəkələrdə
böyük müzakirələrə səbəb olub. Bir çoxlarının fikrincə bu video sadəcə olaraq
reklam xarakterli çəkilib.
Paylaş
Bənzər xəbərlər