SD kart dövrü yenidən başlayır: SSD və HDD qurğuları artıq istifadə edilməyə bilər

02.07.2018 0 PAYLAŞIM 1094 OXUNMA

         SD kart, mikro kart, multimedya kartları və s. bir vaxtlar bu terminlər texnologiya dünyasında, əsas da telefonlarda çox istifadə edilirdi. Lakin yazma/oxuma sürətləri limitli olduğu üçün artıq bir çox mobil telefonda SD kart dəstəyi yoxdu. Amma yeni məlumatlara görə SD kartlar üçün elə bir texnologiya kəşf olunubki, nəinki telefon, hətta komputerlərdə belə SSD/HDD disklər yerinə SD kart istifadəsi mümkün ola biləcək.

SDA şirkəti SD kartlarda istifadə edilməsi mümkün olan yeni bir standart yaratdı. Bu standart tətbiq olunduğu halda SD kartlar çox yüksək oxuma/yazma sürətinə malik olacaq.    

          Uzun illər SD kart texnologiyası ilə məşğul olan SDA şirkəti SD Ultra Capacity (SDUC) adlı yeni bir kart standartı kəşf etdi. Bu yeni texnologiya hesabına kartlar üçün PCİ EkspressNVMe dəstəklərinin mümkünlüyü isbat olunur. Şirkət bu standart ilə saniyədə 1000 MB ötürmə sürətinə çata bildiklərini bildirir.

          Əlavə olaraq nəzərinizə çatdıraq ki, komputerlərdə istifadə olunan SSDHDD yaddaş qurğularının 10-da 1-i qədər olan SD kartlar bu standart ilə daha incə komputerlərin istehsal edilməsinə də səbəb ola bilər. Şirkət rəsmiləri deyir ki, bu yeni texnologiyaya tam güvənirlər və yaddaş qurğuları texnologiyasında yeni bir tarix yazmağı planlayırlar. SDA şirkətinin rəsmilərindən olan Mats Larsson yaxin illərdə SD kartların SSD və HDD diskləri belə əvəz edəcəyini bildirdi.