main-post-cover

    Şəffaf arxa panelə sahib Xiaomi Mi9 Explorer Edition smartfonunun fotosu təqdim edilib

    Elm & Texnologiya
    15.02.2019
    Farid Pardashunas
        Gözlənildiyi kimi Xiaomi şirkəti Mi9 smartfonunun bir neçə versiyasını təqdim edəcək. Belə ki, şirkətin Weibo səhifəsində Mi9 Explorer Edition modelinin fotosu təqdim edilib. Bu barədə Gagadget saytı xəbər verib. Əvvəlki vesiya kimi Mi9 Explorer Edition modeli də şəffaf arxa panelə sahib olacaq. Sözügedən modelin daha bir fərqləndirici özəlliyi isə onun 4 arxa kameraya sahib olacağıdır. Çox güman ki, birinci kamera əsas, ikinci kamera teleobyektiv, üçüncü kamera genişformatlı modul, dördüncü kamera isə 3D TOF modulu olacaq.

        Məlumata əsasən Mi9 Explorer Edition modeli FHD+ keyfiyyətli 6.4 düym AMOLED ekran (ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyalı), Snapdragon 855 prosessoru, 10/12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, istifadəçi üzünün skan texnologiyası və 5G şəbəkə dəstəyi ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Mi9 Explorer Edition modeli adi Mi9 ilə birlikdə 20 Fevral tarixində təqdim olunacaq. Onun təqribi qiyməti isə 500-600$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər