
Səhərlər yuxudan dura bilməyənlər üçün mükəmməl ixtira.
Elm & Texnologiya
07.05.2017
Farid
Youtube üzərindən maraqlı ixtiraları ilə diqqət çəkən Colin Furze, bu dəfə yuxu problemi yaşayanları nəzərə alıb. İxtira etdiyi yeni bir sistem vasitəsilə artıq səhərlər yuxudan oyanan zaman heç bir problemlə üzləşməyəcəksiniz və siz rahatlıqda yuxudan qalxıb işə yaxud dərsə gedə biləcəksiniz. Doğrudur, bir o qədər də rahat bir sistem deyil amma görünən odur ki, çox maraqlı və effektivdir. Beləki, Colin Furze High Voltage adı verdiyi bu sistemi çarpayının altına yerləşdirir, alarmı hansı saata qurmağınızdan asılı olaraq mexanizma işə düşür. Əvvəl səs küy yaratdıqdan sonra sizi qəfil çarpayından kənalaşdırır.
Aşağıdakı linkdən videonu izləyə bilərsiniz:
Paylaş
Bənzər xəbərlər