
Şəkil şəkməyi sevənlər üçün maraqlı ixtira-Blincam
Elm & Texnologiya
07.05.2017
Farid
Əgər Google Glass ilə göz qırpma ilə şəkil çəkmə ideyası sona çatdığını düşünürsünüzsə, onda yanılırsınız. Yeni cihaz olan Blincam bu ideyanı yenidən canlandırıb
Eynəyə bərkidilmiş kiçik kamera göz qırpmasına qarşı həssasdır və siz adi bir
göz qırpması ilə istədiyiniz şəkli çəkə bilərsiniz. Burda göz qırpmasından daha
çox göz vurmaq ifadəsi uyğun gəlir.
Cihaz hələ də inkişaf mərhələsindədir. Amma
bəzi xüsusiyyətləri artıq açıqlanıb. Qiyməti isə təqribən 185$ təşkil edir. Cihazın 2017-ci ildə satışa çıxması gözlənilir.
Şəkil çəkmək üçün sadəcə göz qırpmanız
kifayətdir. İstehsalçılar bunu ən kiçik və ən tez kamera adlandırırlar. Bu
yenilik şəkil çəkənlər üçün əvəzedilməz vasitə hesab oluna bilər. Çünki bu
kiçik kameranı sadəcə eynəyə yerləşdirməklə istədiyiniz anınızı xatirəyə çevirə
bilərsiniz.
Paylaş
Bənzər xəbərlər