main-post-cover

    Seks robotlar təhlükə mənbəyi ola bilərlər

    Elm & Texnologiya
    11.09.2017
    Farid Pardashunas

    Kibertəhlükəsizlik üzrə mütəxəssis Nick Patterson, getdikcə inkişaf edən seks robotlar sənayesinin, özündə daşıdığı ölümcül təhlükə barəsində xəbərdarlıq edib.

    Onun fikrincə hackerlər həmin robotlar üzərində idarəetməni ələ keçirə bilərlər. Nick Patterson-un fikrincə bu cür robot üzərində olan uzaqdan idarəetmə, onu ölümcül silaha çevirə bilər. Bu cür robotlar, adi insan çəkisinə sahibdirlər və gələcəkdə daha çox funksiyalara sahib olacaqlar. Bu isə öz növbəsində ona gətirib çıxara bilər ki, hack edilmə halında onları silah kimi istifadə etmək mümkün olacaq. Bu robotlar müxtəlif əşyaları götürə bilərlər. Müəyyən anda isə həmin əşyalar sırasında bıçaq, çəkic və ya başqa təhlükəli əşya ola bilər. Petterson xəbərdarlıq edir ki, uzaqdan idarə vasitəsilə həmin robotlar insana zərər yetirə bilərlər. O bildirib ki, insanlar bu cür robotlardan ən az gözlədikləri xüsusiyyət məhz aqressiya olacaq. Hackerlər isə bundan suistifadə edə bilərlər.
    Lakin onun bu cür ssenarisi həmin robotların qiymətlərinə qarşı oynayır. Məlumata əsasən bu sənaye böyüyür və bu cür robotun real nümunəsi, 15000$ qiymətinə satılır və hər kəs özü üçün belə bir robotu ala bilməz. Lakin Patterson-un proqnozu gələcək üçün nəzərdə tutulub. Robotların istehsalçıları isə əmin olmalıdırlar ki, onların məhsulları, robotexnika sahəsinin əsas 3 qanunu ilə uyuşur yoxsa yox. Cəmiyyətin inkişafı, əvvəllər olmayan problemlərin yaranmasına gətirib çıxardır. Artıq indidən belə bir fikir yaranıb ki, növbəti seksual inqilab məhz texnoloji olacaq. VR, robotlar süni zəka, insanların, seksual ünsiyyət anlayışlarını tamamilə dəyişəcək. Bununla yanaşı söhbət təkcə cinsi əlaqədən getmir. Söhbət, canlı, mexaniki və virtual partnyorun seçimindən gedir. Bu fonda kibertəhlükələr daha hiss edilən olacaq. Belə ki, onlar insanın intim həyatının ən vacib faktorlarına təsir edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər