
Selfi çubuqlarını unudun. "Coca-Cola", butulkalar üçün selfi cihazını təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid
İsraildə keçirilmiş Summer Love tədbiri çərçivəsində "Coca-Cola” şirkəti butulkalar üçün nəzərdə tutulmuş Selfie Bottle adlı xüsusi kameranı təqdim edib.
İstehsalçının sözlərinə əsasən bu,
"dünyada ilk selfi butulkasıdır”. Adından da göründüyü kimi bu cihaz vasitəsilə
butulkadan içki içən zaman selfi fotoların çəkilməsini təmin edir. Selfie
Bootle yarım litrlik Coca-Cola butulkaları üçün nəzərdə tutulub və butulkanı 70
dərəcə əydikdə cihaz özü avtomatik olaraq fotonu çəkir. "Technote.az”ın "Ferra.ru”a
istinadən verdiyi xəbərə əsasən istifadəçi istədikdə həmin fotonu USB qoşulma vasitəsilə PC-ə köçürə bilər. Şirkətin ideyası partilər zamanı istifadəçilərin Facebook, Snapchat və Instagram kimi sosial şəbəkələrə daha çox foto
yerləşdirməkləridir. Bu ideya ən azından Summer Love tədbirində yarayıb. Qeyd
etmək lazımdır ki, cihazı "Gefen Team” adlı İsrail şirkəti yaradıb. Bu cihazın
kütləvi miqyasda istehsal olunub-olunmayacağı hələki bilinmir.
Paylaş
Bənzər xəbərlər