
Selfi edəndə diqqətli olun. Hackerlər sizin selfi fotonuz sayəsində smartfonunuzu sındıra bilərlər
Elm & Texnologiya
07.05.2017
Farid
Son illərdə bir çox insanlar arasında smartfonun ön kamerası ilə foto çəkdirmək çox dəbdədir.
Məhz bu cəhətdən bir çox smartfon
istehsalçısı, öz cihazlarında ön kameraya daha çox diqqət yetirirlər. Lakin çox
az adam bilir ki, müasir dövrdə smartfon kamerası ilə çəkilmiş fotolar vasitəsilə
insanların barmaq izlərini müəyyən etmək olar. Bu barədə Yaponiyanın Beynəlxalq
İnformatika İnstitutunun professoru Isao Echizen danışıb. Professor öz müsahibəsində
bildirib ki, o, foto vasitəsilə insanın barmaq izini aşkar etməyə nail olub. O
bu təcrübəni, insan barmağının əks olunduğu foto ilə həyata keçirib. Bununla
belə foto təqribən 3 metr məsafə ilə çəkilmişdir. Asiya ölkələrində bu hal daha
kritikdir. Belə ki, ordakı gənclər "V” jesti ilə foto çəkməyi çox sevirlər.
Bundan əlavə professor bildirib ki, onun komandası, insanların barmaq izlərini
oğurlamağın qarşısını alan texnologiya yaradıb. Həmin texnologiya, titan oksidi əsasında
çalışır. Beləliklə titan oksidi, istənilən fotoda əks olunmuş barmaq izini gizlətməyə
və ya onu dəyişməyə imkan verir. Bundan sonra internetə selfi foto yerləşdirəndə
agah olun ki, kimsə sizin barmaq izlərinizi əldə edə bilər. Nəzərə alsaq ki,
bir çox müasir smartfonlar, barmaq izi skanları ilə təchiz olunub, onda bu
üsulla hackerlər sizin şəxsi məlumatlarınızı rahatlıqla əldə edə bilərlər.
Paylaş
Bənzər xəbərlər