
Selfi fotolar üçün AirSelfie adlı cib dronu (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Selfi çəkməyi sevənlər üçün yeni cihaz təqdim olunub.
Selfi çəkməyi sevən, lakin eyni
rakurslardan çəkilmiş fotolardan bezən istifadəçilər üçün italiyalı developerlər
selfi üçün AirSelfie adlı cib dronunu yaradıb. 5 MP-lik kameraya sahib kiçik
cib dronu 3 dəqiqəlik uçuşu təmin edən 260 mAh enerji tutumlu batareya ilə təchiz
olunub. "Technote.az"ın "Igate.ru"a istinadən verdiyi xəbərə əsasən dron 20 metrlik hündürlüyə qədər qalxa bilir. Uçuşun və
drondakı kameranın idarəolunması xüsusi mobil tətbiq vasitəsilə reallaşdırılır.
Həmçinin mobil tətbiqdə dronun iş rejimini də seçmək olar. Məsələn selfi
rejimində dron öz sahibini izləyir. Sözügedən selfi dronunu Kickstarterplatformasından 179 avro qiymətinə əldə etmək olar.
Paylaş
Bənzər xəbərlər