main-post-cover

    Səsgücləndiricilərə son: LG G8-də ekranın özü səsi generasiya edəcək

    Elm & Texnologiya
    04.01.2019
    Farid Pardashunas
        OnLeaks ləqəbi ilə tanınan məşhur insayderin verdiyi məlumata əsasən LG G8 flaqman smartfonu əvvəlki modellər kimi olmayacaq. Belə ki, smartfonun əsas özəlliyi, onun Sound on Display texnologiyasında olacaq. Bu texnologiya öz növbəsində smartfonda səsgücləndiricidən imtina etməyə imkan verir və bunun sayəsində daha böyük ölçülü ekrandan istifadə üçün şərait yaradır. Bununla belə səsgücləndiricilərin olmamasına görə səs ekranın özündən gəlir.
        Belə ki, ekran vibrasiyalar və insanın sümük keçiriciliyi (insanın kəllə sümüyü vasitəsilə daxili qulağa səsin ötürülməsi) vasitəsilə səsi generasiya edəcək. LG G8-də şirkətin öz texnologiyasından və ya Samsung-un texnologiyasından istifadə ediləcəyi hələki bilinmir. Qeyd etmək lazımdır ki, Samsung artıq uzun müddətdir ki, bu texnologiya üzərində çalışır.
        Bəzi məlumatlara əsasən şirkət bu sahədəki texnologiyalarını artıq bir neçə gündən sonra start götürəcək CES 2019 sərgisində təqdim etməyi planlaşdırır. Buna baxmayaraq LG şirkəti də bu sahədə yenilikçi deyil. Belə ki, şirkətin LG Crystal Sound OLED adlı televizor modeli də məhz bu texnologiyadan istifadə edir. Həmin televizorda səs vibrasiyalar vasitəsilə ötürülür. Bununla belə ötürülən səs güclü, təmiz olur və televizor ekranına heç bir zərər vermir. LG G8 flaqman smartfonu bu ilin birinci yarısında təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər