
Səslərin dinlənməsi, kameraların izlənməsi və s.: Facebook'un ən qəribə texnoloji patentləri
Elm & Texnologiya
29.06.2018
New York Times qəzeti Facebook şirkətinin
qeydiyyatdan keçirtdiyi ən qəribə patentlər siyahısını təqdim edib. Siyahıda
qeyd edilib ki, qeydiyyatdan keçirilmiş bütün patentlər hal hazırda
reallaşdırılmır. Onlarda bir çoxları əvvəlcədən patent qeydiyyatından keçirilib
ki, şirkətin rəqibləri onu üstələməsin. Məsələn patentlərdən biri istifadəçinin
cihazındakı kameradan videonu əldə edib onu analiz edərək istifadəçinin əhval
ruhiyyəsini təyin edir.
Bu, istifadəçinin sosial şəbəkədəki ana səhifəsində
gördüyü hansısa bir şeyə göstərdiyi reaksiya vasitəsilə mümkün olur. Digər bir
patent isə istifadəçinin cihazındakı miktrofon vasitəsilə yazılan səslərin
analizi üçün nəzərdə tutulub. Bu cür üsulla sosial şəbəkə əməkdaşları istifadəçinin
hansı televiziya və ya internet şuolarına baxdığını müəyyən edə biləcəklər.
Daha bir neçə texnoloji patent istifadəçinin evlilik, ölüm tarixlərini və
sosial-maliyyə statusunun təyin olunması üçün yönəlib.
Facebook-un yüzlərlə
patentini incələdikdə görmək olar ki, şirkət hər bir istifadəçisinin həyatının
istənilən sahəsinin izlənməsi imkanına sahibdir. Siz hardasınız, kiminlə zaman
keçirdirsiniz, romantik münasibətləriniz varmı, hansı brendlər və siyasətçilər
haqqında danışırsınız və s. Facebook dəfələrlə bildirib ki, patent sorğularını
şirkətin mütləq planları kimi hesab etmək lazım deyil. Siyahıda qeyd olunmuş
patentlərin böyük bir hissəsi istifadəçi məlumatlarının yığılması ilə bağlıdır.
Facebook şirkətinin vitse-prezidentinin sözlərinə əsasən bu potensial
texnologiyaların böyük bir hissəsindən gələcəkdə istifadə planlaşdırılmır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...