
Səudiyyə Ərəbistan insanlardan çox robotların yaşayacağı futuristik şəhəri tikmək üçün 500 milyard dollar vəsait ayıracaq
Elm & Texnologiya
25.10.2017
Emil
Səudiyya Ərəbistan, sahəsi 26.500 kvadrat kilometr olacaq NEOM adlı böyük şəhərin tikilməsi üçün 500 milyard dollar vəsait ayıracaq.
Şəhər tamamilə bərpa olunan enerji
mənbələri hesabına enerji ilə təmin olunacaq və qazıntı yanacağının istifadə
olunmayacağı ən böyük yaşayış yeri olacaq. Bununla yanaşı NEOM sakinlərinin
böyük bir hissəsini insanlar deyil, robotlar təşkil edəcək. Bu şəhərin Misir ilə
İordaniya sərhədində olan Qırmızı dəniz sahilində tikilməsi planlaşdırılır. Bu
plan haqqında Səudiyyə Ərəbistabnın varis şahzadəsi Mohammad bin Salman bin
Abdulaziz Al Saud, Future Investment Initiative tədbirində danışıb. NEOM sayəsində
ərəb ölkəsi öz iqtisadiyyatını dəyişməyi və ilk növbədə neft daxil olmaqla təbiət
resurslarından az səviyyədə asılı olmağı planlaşdırır.

Nyu York-un sahəsindən
33 dəfə böyük olacaq NEOM futuristik şəhəri öz enerjisini günəş və külək
qurğuları sayəsində əldə edəcək. Əgər bu layihə reallaşsa, onda NEOM bərpa
olunan enerji ilə təmin olunacaq ən böyük şəhər olacaq. Sözügedən şəhərin
tikilməsi üçün Səudiyyə Ərəbistan höküməti özəl investorlarla birlikdə 500
milyard dollar vəsait ayıracaq. Bu vəsaitin bir hissəsini ölkə, “Saudi Aramco” adlı
böyük neft şirkətinin 5%-nin satılmasından əldə etməyi planlaşdırır. Bununla
yanaşı gələcəyin şəhərinə həmçinin “SoftBank”ın CEO-su Masayoshi Son da
investisiya yatıracağına söz verib.

Arab News-un verdiyi məlumatlara əsasən
NEOM-dakı əsas investisiya sektorları siyahısında qida sənayesi,
biotexnologiyalar, innovasiyalı sənaye istehsalı, rəqəmsal elmlər, energetika
və su resurslarının istifadəsi, həmçinin insan resursları və əyləncə olacaq.
NEOM-da nəqliyyat tamamilə avtonom rejimdə çalışacaq və bir çox xidmətləri məhz
robotlar təqdim edəcəklər. Güman olunur ki, şəhərdə insanlardan çox robotlar
olacaq. Şəhər sakinlərinə tamamilə pulsuz şəkildə dünya səviyyəsində təhsilin və
bütün elektron dövlət xidmətlərinin təqdim olunacağına söz verilib.
“Biz sıfırdan tamamilə yeni şəhər tikəcəyik. O, avtonom nəqliyyat üçün əlverişli və robotexnika sahəsinin inkişaf mərkəzi olacaq. NEOM tamamilə yeni bir şey yaratmaq istəyən xəyalpərəstlər üçün yer olacaq” – deyə bin Salman qeyd edib.
Layihənin planı hələki tərtib olunmasa da onun ilk mərhələsinin 2025-ci ildə
tikilib başa çatdırılması planlaşdırılır. NEOM-un rəhbəri isə Klaus Kleinfeld
olacaq. Daha öncə Klaus, “Alcoa”
adlı metallurgiya şirkətinin rəhbəri olmuşdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
