main-post-cover

    Şəxsi inkişafınıza yardımçı olacaq ən faydalı proqramlar

    Elm & Texnologiya
    22.11.2017
    Günümüzdə mobil cihazlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Email yazmaqdan tutmuş ən mürəkkəb işlərimizdə belə mobil cihazlar köməyimizə çatır. Mobil cihazlardan bir çox məqsədlər üçün istifadə etsək də, şəxsi inkişafımıza da yardımçı ola bilər. Bu məqaləmizdə şəxsi inkişafınıza yardımçı ola biləcək ən mühüm proqramlardan danışacıq.
    Xərclərinizi nəzarətdə saxlayın
    Aşağıdakı proqramlar sizin gəlir-xərcləriniz arasında balans yaratmağa kömək edəcək:
    • Clarity (iOS) – Sadəcə iOS cihazlar üçün aktiv olan proqram, sizin nəyə və nə qədər pul xərclədiyinizi göstərir. Lazımsız abunəlikləri dayandırmaq üçün məlumatlandırır. Bundan başqa qənaət üçün sizə hədəf də təyin edir.
    • Digit (Andoid/iOS) – Avtomatik olaraq pulu “rainy day” hesabında saxlayır və sizə qənaət etmək üçün yardımçı olur.
    • Albert (iOS) – Gəlir-xərclərinizi balanslaşdırmaq, qənaət etmək və finansal qərarları düzgün qəbul etmək üçün ideal proqramdır. Daxilində olan mexanizm sizə bütün bunlar barədə məsləhət verərək yön göstərir.
    İngilis dilinizi inkişaf etdirin
    Elevate proqramı ingilis dilinizi inkişaf etdirmək üçün ən effektiv proqramlardan biridir. Daxilindəki gündəlik əyləncəli oyunlar ilə siz danışıq, dinləmə, yazma və oxuma qabiliyyətlərinizi inkişaf etdirə bilərsiniz. Proqramda sizə günlük hədəf qoyulmaqla bərabər, sizin proqresinizi ölçən statistikalar da vardır ki, şəxsi inkişafınızı nəzarətdə saxlamağa yardımçı olur. Proqrama ilk dəfə daxil olduqda isə avtomatik sizin dil səviyyəniz ölçülür və ona uyğun təlim proqramı təqdim olunur. Proqram Android və iOS cihazlarda ödənişsiz olaraq mövcuddur.
    Yeni dil öyrənin
    Duolingo yeni dil öyrənmək üçün ən mühüm proqramlardan biridir. Proqramın digərlərindən üstünlüyü ondan ibarətdir ki, sizə eyni anda 2 dil tədris etməklə dil qabiliyyətinizi gücləndirir. Bundan başqa proqramda daha çox danışıqda istifadə olunan sözlərə önəm verilir ki, bu da ünsiyyət qurduqda sizə lazım olacaq bütün ifadələri sizə öyrədir. Proqram Android və iOS cihazlarda ödənişsiz olaraq mövcuddur.
    Daha çox oxuyun
    Aşağıdakılar sizin gündəlik olaraq dünyada baş verən yeniliklərdən xəbərdar olmanız üçün ən yararlı proqramlardır:
    • Nuzzel (Android/iOS) – Bu proqram sizin sosial media hesablarınızdakı maraq dairənizə uyğun olaraq xəbər lenti hazırlayıb sizə təqdim edir.
    • Instapaper (Android/iOS) – Bu proqram oxuduğunuz və ya oxuyacağınız bütün məqalələri özündə saxlamaqla sizə daha sonra oxumaq imkanı verir.
    • Feedly (Android/iOS) – Proqram daxilində sizə maraqlı olan bölmələrdən istədiyiniz qədər xəbər kanalı əlavə etməklə öz maraq dairənizə uyğun xəbər lenti yarada bilərsiniz. Gün ərzində bu bölmələrdən 30 ən maraqlı xəbər bildiriş olaraq təqdim olunur, onları nəzərdən keçirdikdən sonra proqram daxilində digər xəbərləri də oxuya bilərsiniz.
    Beyninizin limitlərini sınayın
    Blackbox sizə telefonunuzdan fərqli istifadə etməyin yollarını göstərəcək. Son dərəcə maraqlı və bir o qədər də çətin olan bu məntiq oyunu sizin beyninizin daha çox işləməsinə və daxilindəki labirintlərlə ağılınızın limitlərini sınamağa yardımçı olacaq. Hər bir səviyyənin özünə məxsus çətinlik və sadə yolları var. Öncədən qeyd edək ki, oyun aludəçilik yarada bilər. Oyun sadəcə iOS platformasında ödənişsiz olaraq mövcuddur.
    Alpha olun
    Alphabear oyununda hədəf müxtəlif və limitli hərf kombinasiyaları ilə sözü və ya ifadəni tapmaqdır. Oyunun dili ingiliscə olduğu üçün sizin ingilis dili qabiliyyətinizi də artırmaqla yanaşı, sözləri daha sürətlə tapmağa məcbur edəcək. Çünki qazanacağınız combo sözlərin altında bir ayı personajı yatır. Oyun Android və iOS platformalarında ödənişsiz olaraq mövcuddur.
    Təhsilinizi daha da təkmilləşdirin
    İnsanlar eyni anda bir neçə universitet oxuya bilməzlər, lakin eyni anda bir neçə ixtisasa yiyələnmək olar. Khan AcademyThe Great Courses proqramları məhz bu məqsədlə yaradılmış və tərkibində minlərlə kurs təklif edən platformalardır. Oxumaq, təhsil almaq və özünü inkişaf etmək heç vaxt gec deyil. Əminliklə deyə bilərik ki, bu platformalar sizin həyatınızda böyük rol oynayacaq. Proqramlar ödənişsiz olaraq Android və iOS cihazlarda mövcuddur.
    Öz proqramınızı özünüz yaradın
    Proqramlaşdırmaya, proqramlaşdırma dillərinə marağınız varsa, yeni dilləri öyrənmək həvəsinə sahibsinizsə, o zaman Learn Python tam sizə görədir. Dövrümüzün yeni proqramlaşdırma dili sayılan Pythonla siz öz proyektlərinizi hazırlayıb ictimaiyyətə təqdim edə bilərsiniz. Proqram daxilində olan Sual və Cavab bölməsində isə öz fikirlərinizi bölüşüb digər insanların fikirlərinə oxuyaraq müzəkirələr apara bilərsiniz. Proqram Android və iOS marketlərdə ödənişsiz olaraq mövcuddur.
    Öz "Pik" həddinizə çatın
    Bir qrup neyro mühəndis birləşərək oturduğunuz və dincəldiyiniz anda belə yaddaşınızı daha da möhkəmləndirəcək Peak adlı proqramə ərsəyə gətiriblər. Hətta tərkibində olan “məqçi” sizə faydalı məsləhətlər və sizin proqresiniz barədə statistikalar da təqdim edəcək. Proqram ödənişsizdir və Android/iOS platformalarında mövcuddur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər