
Şimali Koreya-da fəaliyyət göstərən saytların sayı hamını təəccübləndirdi
Elm & Texnologiya
07.05.2017
Farid
Şimali Koreya-nın baş DNS-serverindəki yaranmış problemlər nəticəsində .kp domen ərazisində nə qədər saytın fəaliyyət göstərdiyi məlum olub.
Məlum olub ki, Şimali Koreya-da fəaliyyət
göstərən saytların hamısı ilə bir neçə dəqiqə ərzində tanış olmaq olar. Belə
ki, ölkədə sadəcə 28 sayt fəaliyyət göstərir. "Technote.az”ın "Motherboard.com”a
istinadən verdiyi xəbərə əsasən Şimali Koreya-nın domen ərazisi haqqında məlumatları
tədqiqatçı Mett Brayant əldə edib. O bu məlumatları Motherboard saytının mail
ünvanına göndərib. Brayant-ın sözlərinə əsasən DNS serverin ayarlarını təsadüfən
dəyişmişdilər. Görünür sysadmin xəta vermişdir. Adətən domen adlarının
siyahısını yalnız beynəlxalq səviyyəli təşkilatlar və domen qeydiyyatçıları əldə
edə bilərlər.
Şimali Koreya-da olan əksər
saytlar hökümətə aiddir və müəyyən dövlət orqanları tərəfindən nəzarət
olunurlar. Lakin bəzi istisnalar da var. Məsələn "Friend.com.kp” (Facebook
analoqu), "Air Koryo” aşiaşirkətinə məxsus sayt, "Portal.net.kp” (Yahoo
analoqu), "Korfilm.com.kp” və s. 28 saytın çox hissəsi digər öəlkələr üçün
deyil. Onlardan bəziləri isə çox gec yüklənirlər.Saytların çox hissəsinin
dizaynı 90-cı illərin dizaynına bənzəyir. Şimali Koreya-da olan bəzi saytların
görüntülərini sizlərə təqdim edirik.
Paylaş
Bənzər xəbərlər