Şimali Koreyada iPhone və iPad satışlarına qadağa qoyula bilər: Səbəb nədir?

12.09.2018 0 PAYLAŞIM 246 OXUNMA

    Şimali Koreyanın Ticarət Nazirliyi ölkənin Aparıcı Texnologiyalar İnstitutunun ərizəsini tədqiq edəcək. Belə ki, institutun ərizəsində qeyd olunub ki, Apple şirkəti özünə məxsus omayan patentdən istifadə edir. Əgər nəticə etibarilə bu iddia təsdiqlənsə Şimali Koreya ərazisində iPhone iPad satışlarına qadağa qoyulacaq. Koreyanın Aparıcı Texnologiyalar İnstitutu güman edir ki, Apple şirkəti institutun patentini öz prosessorlarında istifadə edir.

    İnstitutun təmsilçiləri Şimali Koreya hökumətindən bu iddianın yoxlanılmasını tələb edib. BusinessKorea saytının verdiyi məlumata əsasən bu yoxlanış artıq iki dəfə uzadılıb və çox güman ki., nəticə heç də Apple şirkətinin xeyrinə olmayacaq. Sözügedən patent altına düşən cihazlar siyahısında iPhone 8, iPhone 8 Plus, iPhone X və bütün iPad modelləri var. Apple bu məsələdə öz rəqibi Samsung şirkəti vasitəsilə qalib gələ bilər. Belə ki, Samsung da bu institut ilə məhkəmə prosesindədir və həmin məsələdə də əsas səbəb patent sorğusudur.

    Biz, Samsung Electronics-in iştirak etdiyi məhkəmə prosesinə fikir verməyə bilmərik. Buna baxmayaraq bizim diqqətimiz Apple ilə bağlı istintaqa yönəlib. Bu isə onunla əlaqədardır ki, Samsung şirkətinin hüquqşünasları patentin doğru olmadığı barəsində ciddi sübutlar təqdim ediblər” – deyə Koreyanın Ticarət Nazirliyi bildirib. Əgər Samsung şirkəti institutun patentinin doğru olmadığını sübut edə bilsə, bu öz növbəsində Apple ilə bağlı məsələni də aydınlaşdıracaq. Belə ki, istintaq üçün əsas olmayacaq.