Sındırılması mümkünsüz olan kvant rabitəsi, getdikcə reallığa yaxınlaşır!
Elm & Texnologiya
04.09.2024
Farid Pardashunas
Alimlər, kvant rabitə şəbəkəsində məlumatların təhlükəsiz ötürülməsi üçün istifadə oluna bilən işıq hissəcikləri yarada bilən qeyri-adi parlaq işıq mənbəyi hazırlayıblar.
Kvant interneti, dolaşıq foton cütlərindən istifadə edərək məlumat ötürə bilər. Bu fotonlar, kvant mexanikasının qəribə qanunlarına uyğun olaraq zaman və məkandan asılı olmayaraq məlumat paylaşa bilir. Dolaşıq fotonlarda kodlanmış məlumatlar, yüksək sürətlə ötürülə bildiyi halda, “kvant koherensiyası” adlanan vəziyyət sayəsində məlumatlar tutulmaz hala gəlir. Bununla belə, kvant internetinin qurulmasında ən böyük problemlərdən biri məsafə artdıqca bu fotonların gücünün zəifləməsidir. Buna görə də uğurlu kvant interneti üçün fotonlar dolanışığı itirmədən uzun məsafələrə daşına bilməlidir.
Bu problemi həll etmək üçün Avropa, Asiya və Cənubi Amerika alimləri, mövcud texnologiyalardan istifadə edərək son dərəcə yüksək parlaqlığa nail olan yeni kvant siqnal mənbəyi hazırlayıblar. Bu nailiyyət, foton nöqtəsi emitentini (tək fotonlar istehsal edən cihaz) kvant rezonatoru (kvant imzasını gücləndirən cihaz) ilə birləşdirməklə əldə edilmişdir. Bu texnologiyaları birləşdirərək, tədqiqat qrupu, maksimum qütbləşmiş dolaşıqlığa uyğunlaşdırılmış fotonlar istehsal edən yeni, güclü kvant siqnalı yarada bilib.
Digər tərəfdən, bu araşdırmanın xüsusi əhəmiyyəti var. Çünki bu texnologiyalar, əvvəllər laboratoriyalarda müstəqil şəkildə sınaqdan keçirilsə də, ilk dəfədir birlikdə istifadə olunur. Tədqiqatçılar, foton nöqtəsi emitentini piezoelektrik aktuatorda (istilik və ya təzyiq tətbiq edildikdə elektrik enerjisi istehsal edən cihaz) yerləşən dairəvi Bragg rezonatoru (elektromaqnit dalğalarını istiqamətləndirmək üçün istifadə olunan reflektor) ilə birləşdirdilər. Bu birləşmə, eyni zamanda yüksək parlaqlıq və dolaşıqlıq xüsusiyyətlərinə malik fotonlar istehsal etməyə imkan verib.
Bu, kvant rabitəsində böyük bir irəliləyiş olsa da, kvant internetinin tezliklə reallaşacağı gözlənilmir. Çünki bu texnologiyalar, hələ eksperimental və inkişaf mərhələsindədir. Tədqiqatda istifadə olunan foton emitentini istehsal etmək üçün zəhərli xammallara, xüsusilə arsenik kimi maddələrə ehtiyac var. Bu, miqyaslılıqla bağlı təhlükəsizlik narahatlıqlarını artırır. Növbəti mərhələdə tədqiqatçılar, diodabənzər strukturu piezoelektrik aktuatora inteqrasiya etməyi planlaşdırırlar. Bu, kvant nöqtələrində elektrik sahəsi yarada bilər, dolaşıqlıq dərəcəsini artırır və dekoherens problemini aradan qaldırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bir tələbə, ev şəraitində 2 min dollara termonüvə reaktoru hazırlaya bilib!
Bir tələbə, ev şəraitində 2 min dollara termonüvə reaktoru hazırlaya bilib!
Termonüvə enerjisi istehsalı sahəsi, adətən böyük büdcələr və laboratoriyalar tələb edir. Lakin Nazoordeen adlı bir riyaziyyat tələbəsi, yalnız 2 min dollarlıq büdcə və 4 həftəsini sərf edərək öz yataq otağında kiçik bir termonüvə reaktoru hazırlaya bilib.
Tədqiqatçılar, yağışdan enerji istehsal edən ağıllı pəncərələr hazırlayıblar!
Tədqiqatçılar, yağışdan enerji istehsal edən ağıllı pəncərələr hazırlayıblar!
Seul Universitetindən bir qrup tədqiqatçı, evlərimizi sərin saxlayaraq eyni zamanda enerji istehsal etməyə imkan verən, yağış damcılarının kinetik enerjisini elektrikə çevirən inqilabi bir ağıllı pəncərə inkişaf etdirib.
Alimlər, buzlaqlarda donmuş qədim viruslar aşkar ediblər!
Alimlər, buzlaqlarda donmuş qədim viruslar aşkar ediblər!
Tibet-dəki buzlaqları tədqiq edən alimlər, qədim zamanlardan bəri donmuş virusların mövcudluğunu aşkar ediblər.
Dünyanın ilk davamlı işləyən termonüvə reaktoru hazırlanır!
Dünyanın ilk davamlı işləyən termonüvə reaktoru hazırlanır!
Yaponiyada yerləşən enerji startapı Helical Fusion, dünyanın ilk davamlı olaraq çalışan nüvə sintezi reaktorunu 2034-cü ildə işə salmağı hədəfləyir.
NASA, Yer ətrafında görünməz elektrik sahəsi aşkar edib!
NASA, Yer ətrafında görünməz elektrik sahəsi aşkar edib!
NASA tərəfindən Yerin ətrafında görünməz ambipolyar enerji sahəsi aşkar edilərək ölçülə bilib. Cazibə qüvvəsi qədər əhəmiyyətli olan bu sahənin təkcə Yerdə deyil, digər planetlərdə də mövcud olduğu düşünülür.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!