Sinqapurda 20 saniyəyə şarj olunan elektrobus istifadəyə verilib
Elm & Texnologiya
24.01.2018
Farid Pardashunas
Sinqapur Universiteti öz kampusunda nəqliyyat təcrübələrini aparmaqda davam edir.
Bir neçə il bundan öncə orda
pilotsuz avtomobilləri istifadəyə verdilər. İndi isə elektrikli avtobus istifadəyə
verilib. Lakin həmin avtobusun sükanında hələ də sürücü var. Bu avtobusun əsas
özəlliyi isə ondan ibarətdir ki, onun batareyaları 20 saniyə ərzində şarj
olunurlar. Bu barədə New Atlas saytı xəbər verib. 22 nəfər sərnişin üçün nəzərdə
tutulmuş elektrobus “BlueSG” şirkəti tərəfindən yaradılıb. Yeni elektrobus 30
km yol qətt etməyə imkan verən batareyalara sahibdir.
Lakin həmin batareyalar
rezerv funksiyasını daşıyırlar. Avtobusun əsas elektrik enerji mənbəyi isə onun
superkondensatorudur. Avtobus dayanacaqda dayandığı 20 saniyə ərzində isə
tamamilə şarj olunur. Tələbə şəhərciyində olan hər bir dayanacaq xüsusi şarj
sisteminə sahibdir. Avtobus dayanacağa yaxınlaşan zaman dayanacaqda olan xüsusi
teleskopik giriş avtobusa tərəf uzanır və ona enerji mənbəyi verir. Həmin
elektrik enerji vasitəsilə isə avtobus 2 km yol qətt edə bilir. Bu cür göstərici
isə avtobusun bir dayanacaqdan digərinə getməsi üçün kifayət edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək