Sinqapurda dünyanın ən böyük üzən Günəş elektrostansiyalarından biri istifadəyə verilib (VİDEO)

Sinqapurda dünyanın ən böyük üzən Günəş elektrostansiyalarından biri istifadəyə verilib (VİDEO)

Texnologiya
19.07.2021 PAYLAŞIM

    Keçən həftə Sinqapurda dünyanın ən böyük üzən Günəş elektrostansiyalarından birinin açılışı baş tutub. Sözügedən elektrostansiya 45 hektar ərazini əhatə edir. Bu, Sinqapurun ən iddialı ekoloji layihəsidir. Sözügedən layihə özündə 122.000 ədəd Günəş panelini birləşdirir. Həmin Günəş panelləri Tenge adlı su anbarında yerləşirlər. Gözləntilərə əsasən sözügedən Günəş panelləri 5 ədəd su təmizləyici qurğunu yetəri qədər elektrik enerjisi ilə təmin edəcəklər. Sinqapur Asiya regionunda CO2 qazının ifrazına səbəb olan ən böyük mənbədir.

    CO2 ifrazının aşağı salınması üçün Sinqapur 2025-ci ilə kimi Günəş enerjisinin istehsalını 4 dəfə artırmağı planlaşdırır. Məlumata əsasən bu yeni Günəş elektrostansiyası 60 meqavatt elektrik enerjisi istehsal edə bilər. Bununla da o, CO2 ifrazını aşağı salacaq. Məlumatda qeyd edilib ki, yeni Günəş elektrostansiyasının CO2 ifrazının aşağı salma potensialı 7000 ədəd avtomobilin istifadədən qaldırılmasına ekvivalent olacaq. Bu ilin fevral ayında Sinqapur hökuməti yeni ekoloji planını təqdim etmişdi.


    Həmin plana yeni ağacların əkilməsi, tullantı poliqonlarına göndərilən tullantıların miqdarının azaldılması və elektromobillərdən istifadənin stimullaşdırılması üçün çoxlu sayda şarj stansiyasının yaradılması var. Sinqapur bu yüzilliyin ikinci yarısına kimi CO2 ifrazını sıfıra endirməyi söz verib. Qeyd etmək lazımdır ki, dünyanın ən böyük üzən Günəş elektrostansiyası Çində yerləşir. O, 86 hektar ərazini əhatə edir. Mütəxəssislərin sözlərinə əsasən quru səthdə yerləşən stansiyalardan fərqli olaraq üzən Günəş fermaları daha çox elektrik enerjisi istehsal etməyə qadirdirlər. Belə ki, su soyuducu vasitə rolunu oynayır və bununla yanaşı üzən elektrostansiyalarda toz miqdarı daha az olur. Lakin üzən elektrostansiyaların inşası daha çox vəsait tələb edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..


Alimlər məlumatların DNT-yə yazılması və saxlanması sahəsində böyük irəliləyişə ..

Məlumatların bioloji üsullar vasitəsilə yazılması və ötürülməsi heç də sürətli bir proses deyil...


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..

×