
Siqaret filterlərindən yol çəkiləcək !
Elm & Texnologiya
07.08.2017
Orxan
Yüzlərlə zəhərli kimyəvi
maddədən ibarət siqaret filterləri, ətraf mühitə şüursuzca atılır. Tədqiqatçılar,
siqaret filterlərindən istifadə edərək daha dayanıqlı asfalt əldə etməyi bacardı.
Hər il istehsal olunan 6
trilyon siqaret ilə 1.2 milyon
tondan çox filter zibili çıxarılmış
olur. Zəhərli bir tullantı olan bu filteri
ümumiyyətlə ətraf mühitə buraxılaraq çirkliliyə də səbəb olur. Avstraliyadakı RMIT Universitetindəki tədqiqatçılar
, siqaret filterlərindən etibarlı
bir şəkildə istifadə edilməsinin yeni bir yolunu tapdı.
Asfaltın, qeyri-adi bu quruluş vəsaitindən necə yararlanabiləcəyini
tətqiq edən qrup əvvəlcə içindəki zəhərli kimyəvi maddələrin ətraf mühitə
sızmasının qarşısını almaq üçün parladıcı bal şamı və bitümlü izolyasiya
inkişaf etdirmişlər. Daha sonra siqaret filter tullantıları isti asfaltın
quruluşuna əlavə edərək daha sıx bir quruluş olması təmin edilib.

Siqaret filterli asfaltın testlərini reallaşdıran qrup,
tıxacın sıx olduğu zamanlarda asfaltın daha dayanıqlı olduğunu göstərdiyini ifadə edir. Əlavə olaraq yeni
asfaltın digər asfaltlara müqayisədə istiləşməyə daha az meylli olduğu müşahidə
edildiyini bildiriblər. Bu vəziyyət şəhərlərdə, yollardan qaynaqlı istilik
artımının da qarşısını ala bilər.
Bu tətqiqat, böyük bir tullantı problemini aradan qaldırarkən,
yeni bir quruluş vəsaiti yaradılabiləcəyini də göstərir. Beləliklə siqaret
filtrelərindəki yüzlərlə zəhərli kimyəvi maddə nəzarət altına alınmış və daha
dayanıqlı yollar əldə edilmiş olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
