
Siri, Bolqarıstanın milli himnini, YouTube servisinin ən mşhur mahnısı ilə səhv saldı
Elm & Texnologiya
05.10.2017
Emil
Despacito mahnısının məşhurluğu, səsli köməkçilərə də gəlib çatdı.
Bu mahnı, Siri səsli köməkçisinin
yaddaşına o dərəcədə yaxşı yazılıb ki, Bolqarıstanın milli himni sorğusuna, səsli
köməkçi, məhz bu mahnını təqdim edir. Müğənni Luis Fonsi-nin bu mahnısı, bütün
servislərin indyinə kimi olan ən məşhur mahnısı adına laiq görülüb. Mahnıya çəkilmiş klip isə bir neçə müddət bundan öncə YouTube videoservisində rekord dərəcədə
baxış sayı yığıb və həmin göstərici, 4 milyard baxış sayına yaxınlaşır.

Bu yay
fəslinin ən hit mahnısına çoxlu sayda coverlər yazılıb. Görünür, Siri-nin məlumat
bazasında nasazlıq yaranıb və nəticədə o, Despacito mahnısını, Bolqarıstanın
milli himni kimi qəbul edib. İstifadəçilər həmin sorğunu, Google Assistant üzərində
də yoxlayıblar. Lakin Google Assistant, səhv etməyərək əsl himni təqdim edib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
