
Siri-ə rəqib ola biləcək yeni səsli köməkçi
Elm & Texnologiya
08.05.2017
Apple Siri-ni aldıqdan sonra sözügedən layihədən ayrılan mühəndislər
Dag Kittlaus və Adam Cheyer Viv adlı unikal səsli köməkçi yaradırlar. Viv-in
yaradıcılarının sözlərinə görə onun təqdim etdiyi imkanlar Siri-nin təqdim
etdiyi imkanlardan daha genişdir. Beləliklə Viv insanla müxtəlif internet
servislər arasındakı köməkçi rolunu oynayacaq. Proqramçılar Viv-in iş prinsipinə
aydınlıq gətiriblər. Smartfonu yalnız səslə idarə edən zaman istifadəçilər özlərinə
yaxın pizza restoranından 4 ədəd pizza sifariş edə biliblər. Təbii ki, tək
pizza ilə söhbət yekunlaşmır. Məsələn Viv ağıllı ev platforması olan Ivee-nin
sayəsində işıqları yandırıb söndürə və ya Uber servisi ilə istifadəçiyə taksi
sifariş edə bilər. Viv-in yaradıcıları bir çox şirkətlərlə əməkdaşlıq etməyə
hazırdırlar. Beləliklə onların səsli köməkçisi soyuducu və avtomobil kimi müxtəlif
cihazlarla işləyə biləcək. Verilən məlumata əsasən Viv-in ərsəyə gəlməsinə 4 il
vaxt lazım olub. Sözügedən layihəyə artıq Google və Facebook kimi şirkətlər
maraq göstərməyə başlayıblar. Viv haqqında ətraflı məlumatın isə yaxın zamanda
veriləcəyi qeyd olunur.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...