Logo
    main-post-cover

    Siri istifadəçinin səssiz əmrlərini qəbul edə biləcək

        İnternetdə Apple şirkətinin yeni patent sorğusu ortaya çıxıb. Şirkətin yeni patent sorğusu istifadəçinin smartfonlarla qarşılıqlı əlaqəsinə istiqamətlənmiş maraqlı bir texnologiyanı əhatə edir. Güman olunur ki, patent sorğusundakı texnologiya sayəsində şirkətin səsli köməkçisi cihaz istifadəçisi ilə vizual görüntü yaratmadan belə onun səssiz əmrlərini təyin edə biləcək. Bu məsələdə səsli köməkçiyə şirkətin naqilsiz qulaqlıqları yardımçı olacaqlar. Apple şirkətinin fikrincə səsli köməkçinin əmrləri ənənəvi səs vasitəsilə qəbul etməsi öz növbəsində batareya enerjisi ilə hesablayıcı gücün sərfiyyatına səbəb olur və 100%-lik dəqiqliyi tələb edir.
        Bu mənfi cəhətləri aradan qaldırmaq üçün isə Apple mühəndisləri Siri-nin aktivləşdirilməsi zamanı səsdən istifadəni deyil, istifadəçinin öz bədəninin müəyyən hissələrini hərəkət etdirməsini təklif edirlər. Buna misal olaraq baş, boyun və ya ağız hərəkətlərini gətirmək olar. Həmin hərəkətlər isə naqilsiz qulaqlıqlarda, smartfonlarda və ya qarışıq reallıq cihazında olan hiroskop ilə akselerometr vasitəsilə qəbul ediləcək. Nəticədə həmin hərəkətlər sayəsində Siri bu və ya digər əməliyyatı yerinə yetirə biləcək. Hərəkətlər bazasının yaradılmasında Apple süni zəkadan istifadə edə bilər.
    Paylaş
    Bənzər xəbərlər