main-post-cover

    Siri və Alexa insan qulaqları ilə eşidilməyən səsli əmrləri başa düşə bilir (VİDEO)

    Elm & Texnologiya
    11.05.2018
    Farid Pardashunas
        ABŞ-dan olan tədqiqat qrupu rəqəmsal köməkçilərin təhlükəsizliyi ilə bağlı maraqlı təcrübələr keçirdib. Belə ki, alimlər Siri Alexa-ya əmrləri insan qulağı ilə eşidilməyən tezlikdə veriblər. Bu üsulla cihaz istifadəçisindən gizli olaraq rəqəmsal köməkçilərə siqnallar ötürmək olar. Təcrübə prosesi zamanı alimlər səsli əmrləri musiqi parçalarına və adi danışıq nitqinə inteqrasiya ediblər.
        Əmrlərin inteqrasiya olunduğu musiqi parçaları və ya danışıq nitqləri Alexa səsgücləndiricisi və ya iPhone smartfonunun yaxınlığında işə salındıqda həmin səsli köməkçilər alış-veriş siyahısına hansısa məhsulları əlavə edirdilər. Bununla belə cihazların yanında olmuş insanlar səsli köməkçilərə verilmiş əmrləri eşitmirdilər. Gizli əmrlər üzərindən pul qazanmağın yolu bahalı dəqiqəlik tarifli liniyalara telefon zəngləridir. 2017-ci ildə paylaşılmış video bu cür kiberhücum misalını əks etdirir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər