Şirkətin yeni layihəsi: Huawei Kirin prosessorlarını fərdi şəkildə istehsal etməyi planlaşdırır

Şirkətin yeni layihəsi: Huawei Kirin prosessorlarını fərdi şəkildə istehsal etməyi planlaşdırır

Texnologiya
13.08.2020 PAYLAŞIM

    ABŞ sanksiyaları səbəbilə bir neçə müddət bundan öncə Huawei şirkəti özünün Kirin prosessorlarının istehsalatlarının dayandırılacağını elan etmişdi. Belə ki, sanksiyalara görə TSMC şirkəti Huawei üçün artıq Kirin prosessorlarını istehsal edə bilməyəcək. Lakin insayderlərin verdikləri məlumata əsasən Huawei şirkəti yeni prosessor istehsalçısı ilə yetinməyəcək. Belə ki, ortaya çıxmış yeni məlumata əsasən Huawei şirkəti fərdi şəkildə prosessor istehsalına başlamağı planlaşdırır. Bu barədə 4pda saytı xəbər verib.

    İnsayderlərdən biri Weibo sosial şəbəkəsində maraqlı bir məlumat paylaşıb və həmin məlumata istinad kimi şirkət rəhbərliyini qeyd edib. Məlumata əsasən şirkətin istehlakçı biznesi şöbəsinin rəhbəri Yu Chengdong, China Information 2020 tədbirində Tashan Project adlı layihədən danışıb. Həmin layihəyə əsasən şirkət 2021-ci ildə 45 nanometrlik prosessorların istehsalı üçün fərdi istehsalat xəttini istifadəyə verəcək və həmin istehsalat prosesində ABŞ texnologiyalarından istifadə olunmayacaq. Güman olunur ki, bu, Huawei şirkətinin fərdi şəkildə mobil prosessor istehsalı üçün ilk addımı olacaq.


    Tashan Project layihəsi çərçivəsində şirkət mikrosxem istehsalı üçün nəzərdə tutulmuş zavodun inşasını nəzərdə tutub. Zavodda istehsal ediləcək mikrosxemlərin istehsalat proseslərində isə sanksiya altına düşmüş təchizatlardan və materiallardan istifadə olunmayacaq. Bununla paralel olaraq Huawei 28 nanometrlik məhsulların hazırlanması üçün nəzərdə tutulmuş istehsalat xətlərinin yaradılması baxımından digər Çin şirkətləri ilə əməkdaşlığı da planlaşdırır. Müasir smartfonların tələblərinə uyacaq Kirin prosessorlarının istehsalı üçün Huawei şirkətinə nə qədər vaxt lazım olacağı bilinmir.



DAHA ÇOX


OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını ..

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışı..


Qualcomm-un yeni texnologiyası AR funksiyaları rahat şəkildə Android-ə inteqrasi..

Qualcomm şirkəti AR texnologiyalara həsr edilmiş konfrans çərçivəsində özünün bu sahə ilə bağlı hazı..


ASUS soyutma sisteminə sahib yeni monitorunu təqdim edib

ASUS şirkəti Computex 2023 sərgisi çərçivəsində əyilmiş dizaynda reallaşdırılmış ROG SWIFT OLED PG49..


WWDC 2023-də yenilənmiş Apple Mac Pro təqdim oluna bilər

5 iyun tarixində Apple şirkətinin WWDC 2023 konfransı start götürəcək.


Xiaomi-nin ilk elektromobilinin yeni real fotoları ortaya çıxıb

Xiaomi şirkəti aktiv şəkildə öz ilk elektromobili üzərində çalışmağa davam edir.


Qualcomm öz portativ oyun konsolunu hazırlaya bilər

İnsayderlərin verdikləri məlumata əsasən Qualcomm şirkəti bir neçə müddət bundan öncə Sony və Ninten..

×