
Şirkətlər öz smartfonlarında ekranın alt hissəsinə yerləşdirilmiş ön kamera texnologiyasına maraqlarını itiriblər
Elm & Texnologiya
14.06.2023
Emil
Smartfonlarda ekranın alt hissəsinə yerləşdirilən ön kamera texnologiyası uzun inkişaf mərhələsindən keçib və hal hazırda bu texnologiya sadəcə olaraq çəkilən fotoların aşağı təsvir keyfiyyətləri ilə məhdudlaşır. Təbii ki, bu məsələdə də şirkətlər tədricən inkişaf edirlər. Lakin bu cür ön kameralar vasitəsilə çəkilmiş fotoların keyfiyyətləri hələ də lazımi səviyyədə olmurlar. Hətta bir neçə il bundan öncə elə bir inam yarandı ki, bu texnologiya artıq kütləvi olmaq üzrədir. Lakin görünür, hardasa nəsə baş verdi və ekranın alt hissəsinə yerləşdirilmiş ön kameraya sahib smartfonlar ani olaraq yoxa çıxdılar.
Şirkətlərin bu texnologiyaya maraqlarının azalmasını həmçinin Digital Chat Statiun ləqəbli məşhur insayder də təsdiqləyib. Onun sözlərinə əsasən smartfon istehsalçıları bu texnologiyaya maraqlarını itirblər. Bununla yanaşı insayder bildirib ki, yaxın zamanda təqdim ediləcək Fold form-faktorlu qatlana bilən smartfonlardan birinin daha öncə bu texnologiyaya sahib olacağı planlaşdırılırdı. Lakin adı çəkilməyən istehsalçı nəticədə qatlana bilən smartfonunun ekranında ənənəvi çıxıntıya geri qayıtmaq qərarını verdi. Söhbətin hansı smartfondan getdiyi bilinməsə də, çox güman ki, o ya Galaxy Z Fold 5 ya da Xiaomi Mix Fold 3 olub.
Paylaş
Bənzər xəbərlər