main-post-cover

    Sizin üçün seçtik: Silinən faylları bərpa etmək üçün 5 ən yaxşı proqram

    Elm & Texnologiya
    27.03.2018
    Nijat Hamid
    Yaddaş qurğuları, mobil telefonlar, kompüterlər və s. kimi şəxsi fayllarımızı saxladığımız cihazlar təhlükəsiz deyil. Çox vaxt virus düşür silinir, bəzən isə yanlışlıqla silirik, bəzən də məcbur olub silməli oluruq. Bəs bu silinən faylları geri qaytarmaq mümkündümu ? Mümkündüsə necə? Bu sualları Technote olaraq sizlər üçün cavabladıq və öz testlərimizə əsasən 5 ən yaxşı bərpa etmə proqramını sizin üçün seçtik.
    • Qeyd 1: Proqramların çoxusu pulludur və sadəcə 1 neçəsi limitli sayda pulsuz olaraq silinən faylları geri qaytarır.
    • Qeyd 2: 100% geri qaytarmaq həmişə olmur. Faylları bərpa edəndə bəzən zədələnmiş də ola bilir.
    • Qeyd 3: Yeni silinən faylların bərpası çox vaxt müsbət nəticə verir. Uzun müddət əvvəl silinən faylların bərpası isə vaxta görə çox vaxt alınmır.
    • Qeyd 4: Bu proqram vasitəsilə SD kartlardan silinən faylları, həmçinin telefonlarınız daxili yaddaşından silinən faylları da bərpa etmək mümkündür.
          
    1. Piriform Recuva    
    CCleaner proqramı ilə tanınan Piriform şirkəti PULSUZ olaraq silinən faylları bərpa etməyə kömək edir. Proqramı ilk sıraya qoymaqda əsas məqsəd tam şəkildə pulsuz olması və sadə interfeysi olmasıdır. Silinən şəkil, musiqi, word və text fayllarını yaxşı bərpa etsə də, böyük həcmli faylları qaytarmaqda çox da yaxşı deyil. Piriform Recuva linkindən yükləyə bilərsiz.
    2. EaseUS Data Recovery Wizard    
    EaseUS 13 ildi fəaliyyət göstərən bir şirkət olaraq mükəmməl proqramlar ilə istifadəçilərin köməyinə çatıb. Proqram PULLU olsa da, sizə 2 gb həcmində silinən faylları pulsuz bərpa etmək təklifi verir. Recuva proqramından daha yaxşı işləyir və daha müsbət nəticələr verir. Hard Disk, SD kart , Flaşkart kimi bir çox qurğudan faylları bərpa edir. Ayrıca Android, iOS və MacOS əməliyyat sistemləri üçün ayrıca bərpa proqramları var. Əgər Data Recovery Wizard işləməsə, əməliyyat sisteminizə uyğun o proqramlardan 1-ini endirib yoxlaya bilərsiz. Proqram müxtəlif Disk tiplərinə də dəstək verir. Easeus Data Recovery Wizard linkindən yükləyə bilərsiz.
    3.Wondershare Data Recovery    
    Məhşur video editləmə proqramlarından birinin sahibi olan Wondershare şirkəti öz proqramı ilə faylları silinən istifadəçilərin köməyinə yetir. Proqramın 3-cü sıraya qoyulmasının səbəbi tamamilə PULLU olmasıdır. Lakin buna baxmayaraq ən güclü axtarış sisteminə və faylları bərpa etmə potensiyalına malikdir. Ayrıca hər cürə SD kart, zibil qutusundan (recycle bin) silinən faylları qaytara bilir. Silinən faylları bərpa edərkən maksimum dərəcə sağlam şəkildə geri qaytarır. Əlavə olaraq dr.phone adında mobil tətbiqi ilə kompüterə ehtiyac olmadan faylları geri qaytara bilərsiz. Wondershare Data Recovery linkindən yükləyə bilərsiniz.
    4. Recovery My Files    
    GetData şirkəti tərəfindən istehsal edilən bu proqram bir xeyli güclüdü və müsbət nəticələr göstərir. Lakin proqram tamamilə PULLU-dur. Recovery My Files proqramı hər cürə SD kartdan, hard diskdən və flaş kartdan faylları bərpa edə bilir. Ayrıca format olunmuş kompüterlərin məlumatlarını belə qaytara bilir. Amma bunlar dediyimiz kimi silinmə vaxtına görə dəyişir. Əgər fayllar çoxdan silinibsə və həmin yaddaş qurğusunda çoxlu proseslər baş veribsə ( 2 dəfə format, və ya yeni faylların yüklənməsi) silinən faylları geri qaytarmaq çətinləşir. Recovery My Files proqramını bu linkdən yükləyə bilərsiz.
    5. Active@ File Recovery    
    Digər proqramlar qədər güclü olmasa da, yeni silinən faylları asandlıqla geri qaytarır. Digərlərinə nisbətən gec işləyir, interfeysi çox da yaxşı deyil və digərləri kimi çoxlu variant təklif etməsə də silinən şəkil və ya musiqilər üçün yaxşı proqramdı. PULLU proqramdır. Siyahıya əlavə etmə səbəbimiz hal-hazırda digərlərindən geri qalsa da, proqram bazarındakı bərpa proqramlarının əksəriyyətindən müsbət nəticə göstərir. Active@ File Recovery linkindən yükləyə bilərsiz.
    Technote olaraq inanırıq ki, bu proqramlar sizlərə çox yardımçı olacaq. Bizi izləməyə davam edin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər