main-post-cover

    Skandal: Galaxy S20+ smartfonu Redmi Note 8 Pro-ya oyun performansında uduzur

    Elm & Texnologiya
    05.05.2020
    Nijat Hamid
            Galaxy S20 flaqman smartfon seriyası Samsung-un bu il təqdim etdiyi ən güclü və funksiyalarla ən dolu cihazlarıdır. Samsung, Exynos 990 çipsetinə malik bu smartfonlardan son zamanlar isinmə və performans problemləri səbəbilə istifadəçilərin şikayətləri ilə üzləşir. 1100 dollar qiyməti ilə satışa çıxan Galaxy S20+ isə bu səfər əsl biyabırçılıq deyə biləcəyimiz bir xəbərlə medya gündəminə düşdü. 

    1100 dollarlıq flaqman model Galaxy S20+ smartfonu PUBG oyun testlərində giriş-orta seqment smartfon olan Xiaomi Redmi Note 8 Pro-ya uduzur.

            Exynos 990 çipseti olan Samsung Galaxy S20+ smartfonu PUBG oyun testlərində bir müddət sonra qızmağa və bu səbəbdən FPS Drop yaşamağa başlayır. Yəni oyunda FPS azalması olur. Bu da oyun zövqünə pis təsir edən bir şeydir. Rəqibi Redmi Note 8 Pro isə daha stabil bir performans vədd edir. Yuxarıdakı şəkildə hər iki cihazın FPS nəticələrini görə bilərsiniz. Qrafiklərdən göründüyü kimi Exynos 990 çox qeyri-stabil nəticə göstərir. Qeyd edək ki, Note 8 Pro modeli 200 dollar ətrafında bir qiymətə satılır və MediaTek Helio G90T çipsetinə malikdir. 
            Galaxy S20 smartfon seriyası təqdim olunduqdan sonra bir çox testlərdə və icmallarda yaxşı performans göstərə bilməmişdi. Əsas səbəb isə Exynos 990 çipseti idi. İstifadəçi şikayətlərindən sonra Samsung rəsmiləri təcili iclas keçirmiş və bu vəziyyəti müzakirə etmişdi. Elə bu hadisələrdən sonra şirkət AMD ilə olan işlərini daha sürətləndirdilər. 1000 dollarlıq bir smartfonun vəd etdiyi performansı verə bilməməsi şirkətin reputasiyasına ciddi zərər verir. Ümid edirik ki, gələn ilki Exynos çipləri rəqibləri ilə rəqabətə girəcək səviyyədə olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər