
Skype-da qeydiyyatdan keçmədən də əlaqə saxlamaq mümkün olacaq
Elm & Texnologiya
07.05.2017
Farid
Skype-ın veb versiyasında qeydiyyatdan keçmədən də istifadə etmək mümkün olacaq.
Skype-ın veb versiyasında yenilik elan
olunub. Belə ki, artıq kompüterə messenger yükləyərək qeydiyyatdan keçməyə
ehtiyac yoxdur. Çünki bunu etmədən də zəng etmək mümkün olacaq. Bu barədə Venture Beat məlumat verir.
Belə ki,
Skype-la əlaqə saxlamaq üçün onun veb versiyasına daxil olub, öz adınızı daxil
etməyiniz tələb olunur. Bundan sonra sizə
link göndərilir, hansı ki, bu linki əlaqə saxlamaq istədiyiniz şəxsə yönləndirirsiniz.
Beləliklə də siz heç bir qeydiyyatdan keçmədən həmin şəxslə əlaqə saxlamış
olursunuz.
Amma
digər tərəfdən linki göndərmək üçün yenə də sizin mail adresə və ya messengerə
ehtiyacınız var. Bu isə Skype olan marağı o qədər də artırmır deyə Venture Beat
məlumat verir. Çünki Facebook Messenger-i də istifadə edərək əlaqə saxlamaq
mümkündür, yəni zəng edə və ya mesajlaşa bilirsiniz. Amma siz yenə də Skype əvəzolunmaz
vasitədir deyirsizsə, aşağıdakı videoda daha ətraflı tanış ola bilərsiniz.
Paylaş
Bənzər xəbərlər