main-post-cover

    Smart televizorlar istifadəçi məlumatlarını Netflix, Facebook və Google şirkətlərinə ötürürlər

    Elm & Texnologiya
    19.09.2019
    Farid Pardashunas
        Smart televizorlar istifadəçi məlumatlarını Netflix, Google Facebook şirkətlərinə ötürürlər. Onlar bunu hətta çalışmadıqları zamanlarda da edirlər. Bu məsələ ilə bağlı aparılmış irimiqyaslı tədqiqatlar da bunu təsdiqləyiblər. Bu barədə Financial Times saytı xəbər verib. ABŞ-dan və İngiltərədən olan tədqiqatçılar aşkar ediblər ki, Samsung LG şirkətlərinin smart televizor modelləri və həmçinin Roku Amazon FireTV televizor qurğuları istifadəçilərin yerləşdikləri yerlər və onların IP ünvan məlumatlarını Netflix-ə və kənar reklam agentliklərinə göndərirlər.
        Bu məlumatlar istifadəçinin Netflix servisində istifadəçi hesabının olub-olmamasından asılı olmayaraq göndərilir. Tədqiqat çərçivəsində həmçinin məlum olub ki, kameralar və səsgücləndiricilər kimi digər smart cihazlar da istifadəçi məlumatlarını Spotify Microsoft kimi şirkətlərə ötürüblər. Aparılmış ikinci tədqiqata sasən Roku və Amazon FireTV kimi televizor qurğuları üçün nəzərdə tutulmuş tətbiqlər istifadəçi məlumatlarını Google şirkətinə və digər reklam agentliklərinə ötürüblər.
        Şirkətlərə ötürülmüş məlumatların böyük bir hissəsi şifrələnmiş şəkildədir. Buna görə də tədqiqatçılar ötürülən əlavə məıumatlara nələrin daxil olduqlarını öyrənə bilməyiblər. Lakin televizorlardan və onlar üçün nəzərdə tutulmuş qurğulardan ötürülmüş məlumatlar vasitəsilə şirkətlər istifadəçilərin yerləşdikləri yerlər, onların istifadə etdikləri cihazların növləri və həmin cihazlardan tez-tez işlədilib-işlədilməməsi barəsində məlumatları əldə edblər. Netflix bu məlumatı təkzib edib, Facebook və Google şirkətləri isə bildiriblər ki, onların serverlərinə daxil olan bütün məlumatlar istifadəçilərin razılıqları nəticəsində əldə olunub. Digər şirkətlərin təmsilçiləri isə bu mövzuya fikir bildirməkdən imtina ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər