Smartfon bazarında ən bahalı cihaz olacaq Galaxy Note 8-in qiyməti məlum oldu
Elm & Texnologiya
27.06.2017
Farid Pardashunas
Məşhur insayder Evan Blass, Galaxy Note 8 haqqında yeni məlumatları təqdim edib.
Evan Blass-ın məlumatlarına əsasən Galaxy Note 8, smartfon
bazarında ən bahalı cihaz olacaq və o, Sentyabr ayının ikinci yarısında satışa
çıxacaq. Qeyd etmək lazımdır ki, əvvəlki şaiyələrə əsasən smartfon bu ilin
Avqust ayında satışa çıxmalı idi. Bundan əlavə olaraq Blass qeyd edib ki, yeni
çıxacaq smartfonun qiyməti 900$ təşkil edəcək. Hal hazırda Galaxy S8-in qiymətini
nəzərə alsaq, Galaxy Note 8 üçün bu cür qiymət göstəricisi çox böyükdür. Bir
sıra məlumatlara əsasən Galaxy Note 8, 6.3 inç-lik ekran, Snapdragon 835 və ya
Exynos 8895 prosessorları (hansı ölkələrdə satılacağından asılı olaraq), 6 GB
RAM, 3300 mAh enerji tutumlu batareya və yeni S-Pen stilusu ilə təchiz
olunacaq. Evan Blass qeyd edib ki, yeni modeldə barmaq izi skanı, Galaxy S8-də
olduğu kimi arxa pnaeldə yerləşən kameranın yanında olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək