main-post-cover

    Smartfon bazarının lideri Samsung-dur: Lakin Huawei öz rəqibinə artıq çox yaxındır

    Elm & Texnologiya
    14.12.2019
    Emil Nəcəfov
        2019-cu il hələ sona çatmasa da Strategy Analytics şirkəti bu ilin yekun nəticələri vasitəsilə smartfon bazarı üzrə öz proqnozlarını təqdim edib. Bu barədə KoreaHerald saytı xəbər verib. Beləliklə analitiklərin proqnozlarına əsasən smartfonların satış göstəriciləri üzrə Samsung lider şirkət olaraq qalacaq. Belə ki, şirkət 323 milyon smartfon satmaqla smartfon bazarının 21.3%-nə sahib ola bilər.
        Bu templə şirkət smartfon bazarındakı payını 1% yüksəldə bilər. Keçən il şirkət 291 milyon smartfon satmışdı. ABŞ sanksiyalarına baxmayaraq Huawei şirkəti artıq Samsung-a yavaş-yavaş çatır. Məlumata əsasən şirkət bu il 251 milyon smartfon satmaqla smartfon bazarının 17.7%-ni əldə edəcək. Qeyd etmək lazımdır ki, keçən il Huawei şirkətinin smartfon bazarındakı payı 14.4% təşkil etmişdi.
        Bu il isə Huawei ilə Samsung arasındakı rəqabət məsafəsi 5.9%-dən 3.6%-ə enə bilər. Apple şirkətinə gəldikdə isə analitiklərin hesabatlarına əsasən o, üçüncü yerdə qalacaq. Analitiklərin proqnozlarına əsasən Apple şirkəti 193 milyon smartfon satmaqla smartfon bazarının 13.6%-ni əldə edə bilər.
    Linki kopyala