main-post-cover

    Smartfon ekranını 120 düym ekrana çevirən Huawei Vision Glass eynəyi təqdim edilib

    Elm & Texnologiya
    13.11.2022
    Farid Pardashunas
        Çində baş tutmuş 2022 World VR Conference sərgisində Huawei şirkəti Vision Glass adlı maraqlı eynəyini təqdim edib. Xarici görünüşündən və adından belə qənaətə gəlmək olar ki, bu, artırılmış reallıq (AR) eynəyidir. Lakin bu belə deyil. Vision Glass adlı eynək smartfonla birgə çalışmaq üçün nəzərdə tutulmuş sadə aksesuardır. Buna baxmayaraq eynəyin öz unikal özəlliyi var. Vision Glass-ın daxilində hansısa prosessor və ya yaddaş modulu mövcud deyil. Buna görə də sözügedən eynək avtonom şəkildə çalışa bilmir. Onun hər hansısa bir ciddi texniki komponentə sahib olmaması eynəyi daha kompakt ölçüdə hazırlamağa imkan verib. Vision Glass xarici görünüşcə adi Günəş eynəyini xatırladır.
        Bununla belə ondan lazımi şəkildə istifadə etmək üçün onu smartfonla əlaqələndirmək şərtdir. Belə ki, eynək naqil vasitəsilə smartfona qoşula bilir. Lakin bu eynəyin əsas üstünlüyü nədən ibarətdir? Vision Glass özündə ekranları və səsgücləndiriciləri birəşdirir. Bu eynək 1920x1080 piksel keyfiyyətli 2 ədəd OLED ekran ilə təchiz olunub. Həmin ekranlar 120 düym ölçüsündə virtual ekranı formalaşdırırlar. Eynəyə quraşdırılmış ekranlar DCI-P3 rəng mühitinin 90% əhatəsini reallaşdırırlar. Nəticə etibarilə naqil vasitəsilə smartfona qoşulandan sonra smartfon ekranında baş verənlər eynəyin ekranlarına ötürülür. Vision Glass gələn ay Çində satışa çıxacaq. Onun satış qiyməti barəsində heç bir məlumat verilməyib. Lakin aydın məsələdir ki, o, artırılmış reallıq eynəklərindən daha ucuz qiymətə satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər